Boğaz ağrısına qarşı bunları edin - resept

Boğaz ağrısına qarşı bunları edin - resept
23:06 12 Oktyabr 2016
341 Şou
Ölkə mətbuatı
A- A+

Fəsil dəyişilən zaman ən çox rast gəlinən xəstəliklərdən biri də boğaz ağrısıdır.

Axşam.az xəbər verir ki, həkimlər bunun qarşısını almaq üçün dərman istifadə etmədən bir neçə müalicə üsulunu məsləhət görür:

- Bir fincan suya 3 ədəd limon yarpağını əlavə edin və 10 dəqiqə qaynadın. Daha sonra 1 xörək qaşığı bal tökün. İsti halda yavaş-yavaş için.

Bu su ilə gündə 5 dəfə qarqara da edə bilərsiniz. Limon dişlərə mənfi təəsir etdiyi üçün suyu içdikdən sonra dişinizi fırçalamağı unutmayın.

- Bir xörək qaşığı çobanyastığı gülünü iki fincan qaynar suya əlavə edərək qaynadın. Daha sonra bir parçanı suya salaraq, soyuyana qədər boğazınıza sürtün. Gün ərzində bir neçə dəfə edə bilərsiniz.

- Bir xörək qaşığı bal, 1 fincan nar, 1 fincan yağlı qatıq, yarım fincan qaragilə və 1,5 fincan dilimlənmiş bananı birlikdə blenderdə qarışdırın. Qarışığı gündə iki dəfə için.

- 1 ədəd soğanı dilimləyin və yarım litr suya qatın. Üç xörək qaşığı şəkər tozu əlavə edin və 12 saat gözləyin. Həmin suyu hər iki saatda bir dəfə için.

- 25 qram çiyələk, 700 qram su və 30 qram çiyələk yarpağını bir yerdə 15 dəqiqə qaynadın. Bir xörək qaşığı bal əlavə edin. Bunu süzün və şüşə qaba tökərək soyuducuya qoyun. Hər 45 dəqiqədə 1 dəfə qarqara edin.


Xəbərin orijinal ünvanı: http://axsam.az/?name=xeber&news_id=59181

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR