Gülben Ergen növbəti məktəbini açdı - FOTO

Gülben Ergen növbəti məktəbini açdı - FOTO
23:22 12 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

"Çocuklar Gülsün Diye" dərnəyinin rəhbəri olan müğənni Gülben Ergen Ordu şəhərinin Altınordu qəsəbəsində ibtidai sinif məktəbi açıb.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu, "Çocuklar Gülsün Diye" dərnəyinin Türkiyənin müxtəlif şəhərlərində tikdiyi 35-ci məktəb olub.

Rəsmi şəxslərin də qatıldığı açılış mərasimində çıxış edən G.Ergen qürur hissi keçirdiyini bildirib:

"5 ildə 35 məktəb tikərək Təhsil Nazirliyinə təhvil verdik. Məqsədimiz Türkiyənin 81 vilayətində 81 məktəb tikməkdir. 36-cı məktəbimiz Fatsa qəsəbəsində tikiləcək".

Qeyd edək ki, dərnək valideynlərin maddi yardımları sayəsində fəaliyyət göstərir.

Milli.Az



Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/478701.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR