Körpəni ondan məhrum etməyin: Ana südünün 10 MÜHÜM FAYDASI

Körpəni ondan məhrum etməyin: Ana südünün 10 MÜHÜM FAYDASI
23:42 12 Oktyabr 2016
65 Ölkə
Ölkə mətbuatı
A- A+

Eşşək südü deyib keçməyin, dünyanın ən bahalı pendiri ondan hazırlanır... (28 Fevral 2017 13:21)
Anada süd çatışmırsa, nə etmək lazımdır? (11 Fevral 2017 20:27)

Zülallar, karbohidratlar, minerallar, vitaminlər, yağlar... Körpənin ehtiyacı olan bütün qida elementlərini ehtiva edən ana südü təbiətin ən gözəl möcüzəsidir. Xüsusilə ilk 6 ayda kifayət qədər çəki alan körpəyə ana südündən başqa heç bir əlavə qidaya ehtiyac olmur. Ana südünün ən əhəmiyyətli təsirlərindən biri ana və körpə arasındakı bağı gücləndirməsidir. Bu səbəbdən də doğuşdan dərhal sonra körpə ana döşü ilə tanış olmalıdır. Körpə ana südü ilə qidalanmağa nə qədər erkən başlasa, ana südü də o qədər sürətlə gələcək. Milli.Az lent.az-a istinadən bildirir ki, ana südünün həyati əhəmiyyətli 10 faydasını təqdim edir.

Piylənmənin qarşısını alır
 
Əmizdirməyə başlanan ilk vaxtlar gələn südün tərkibi ilə əmizdirmənin sonundakı süd arasında fərq var. Ön süddə zülal, son süddə isə yağ nisbəti yüksək olur. Bu da körpədə doyma hissi təmin edərək piylənmənin qarşısını alır. Ana südü yarımçıq doğulan körpə üçün ən uyğun komponentdir. Bu süd sayəsində yarımçıq körpə kifayət qədər çəki alır.
 
Ciddi infeksiyalardan qoruyur
 
Ana südü bir çox mikroorqanizmə qarşı öldürücü təsirə malikdir. Tərkibindəki xüsusi fermentlər sayəsində körpələri təbii immunitetlə təmin edir. Nəticədə ananın keçirdiyi qızılca, məxmərə, suçiçəyi kimi xəstəliklərə qarşı ilk 9 ay körpəni qoruyur.
 
Allergik xəstəliklərin qarşısını alır
 
İlk günlərdə gələn ana südünə kolostrum deyilir. Bu süd körpənin bir çox xəstəliklərə qarşı qorunmasını təmin edir. Bu süddə yararlı bakteriyalar yetkin südə nisbətən daha çox olur. Körpənin bağırsağında faydalı bakteriyaların olmasını təmin edir. Nəticədə isə allergiya yarada biləcək maddələrin sorulmasına mane olur.
 
IQ göstəriciləri daha yüksək olur
 
Ana südü ilə qidalanan körpələrin orta hesabla IQ göstəriciləri digərlərində daha yüksək olur. Xüsusilə yarımçıq doğulan körpələrdə bu hal daha diqqətə çarpan formadadır. Bu mövzuda çox sayda araşdırmalar aparılıb. Sonuncu dəfə Yeni Zelandiyada 1000 nəfər üzərində 18 illik araşdırmanın nəticəsi göstərib ki, ana südü ilə qidalanan uşaqların həm zəka səviyyəsi, həm də təhsil həyatındakı uğurları daha yüksəkdir.
 
Böyümə faktorlarına təsiri
 
Ana südünün tərkibindəki müxtəlif böyümə faktorları körpənin bağırsaq və beyin kimi bir çox orqan inkişafına yaxşı təmin edir. Bu, körpənin gələcək həyatını təsir edən ən əhəmiyyətli xüsusiyyətlərindən birdir.
 
Böyrəklərində əlavə yük yaratmır
 
Kolostrum bağırsaq hərəkətlərini də sürətləndirərək ilk nəcis çıxışını asanlaşdırır. Mikroorqanizmlərə qarşı daha sıx qoruma faktoru ehtiva edir. Bu isə böyrəkləri də qoruyur.
 
Döş xərçənginə tutulma riskini aşağı salır
 
İmmunitet sistemini gücləndirən, infeksiya xəstəliklərindən qoruyan ana südünün digər möcüzəsi xərçəngə qarşı qoruma gücünün olmasıdır. Ana südü ilə qidalanan qız uşaqlarının gələcəkdə döş xərçənginə tutulma riskləri daha aşağıdır. Eyni zamanda, əmizdirən analarda da döş xərçənginə tutulma nisbəti aşağıdır.
 
Psixoloji dəstək təmin edir
 
Ana südü hər an hazırdır və körpənin ehtiyacı olduğu zaman verilə bilər. Beləliklə, körpənin ehtiyacı olduğu anda hazır olduğu üçün körpə daha az ağlayır. Eyni zamanda ana südü ananın hər zaman yanında olduğunu hiss edən körpə üçün psixoloji dəstəkdir. Ana südü həmçinin ananın həm özünə, həm də körpəsinə daha çox vaxt ayırmasını təmin edir.
 
Ağız təmizliyinə təsirlidir
 
Bəzi körpələr bir çox səbəblərə görə ana yanında olmaya bilər. Bu hallarda ananın südü sağılaraq körpəyə verilir. Əsasən də ciddi müşahidə altında olan yarımçıq körpə ağızdan qidalanmadıqda ağız təmizliyi üçün ana südünün istifadə edilməsi çox faydalıdır.
 
Həzmsizliklə bağlı problemlərin qarşısını alır
 
Körpənin ehtiyacı olan zülal, yağ, dəmir və vitamin kimi bir çox qida elementləri ilə zəngin olan ana südü, bədəndə daha asan həzm edilir. Nəticədə ana südü ilə qidalanan körpələrdə qəbizlik, ishal, qarın ağrıları az olur. Ana südü həmçinin körpələrdə diş əti xəstəlikləri, diabet, dəmir çatışmazlığı anemiyası, bişməcənin də yaranmasının qarşısını alır.
 
Südün olmaması stressinə düşməyin
 
Doğuşdan dərhal sonra ana südü stressi südün gəlməsini mane olur. Xüsusilə körpəsini yarımçıq doğan qadınlarda ana südü gecikə bilər. Bu, gözlənilən bir vəziyyətdir. Bu hal sizdə stressə yol açmamalıdır. Körpə nə qədər kiçik olsa da, anasının südü gəldiyi zaman döşləri əmməyə başlayır. Çünki yarımçıq körpəsi olan ananın südü körpəsinin həftəsinə uyğun olaraq gəlir.

Milli.Az

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün

Bakıda PPX-ya məxsus avtomobil qəzaya uğrayıb, 1 nəfər yaralanıb

29 Aprel 2017 02:07

Bella qəribə libasda alt paltarını göstərdi - FOTO

29 Aprel 2017 02:05

"Quartz": Azərbaycan iqtisadi cəhətdən ən normal ölkədir

29 Aprel 2017 01:58

Şimali Koreya ballistik raketini sınaqdan keçirib

29 Aprel 2017 01:57

Avtobus sürməyə icazəsi yoxdur -

29 Aprel 2017 01:53

Avstriya prezidenti ölkə qadınlarını islamofobiya ilə mübarizə naminə başlarını bağlamağa çağırıb

29 Aprel 2017 01:42

Ledi Qaqa yeni reklamda - FOTO

29 Aprel 2017 01:32

Xəzər dənizinin Azərbaycan hissəsində zəlzələ olub

29 Aprel 2017 01:30

Əməkdar artist xəstəxanaya yerləşdirildi

29 Aprel 2017 01:19

Bakıda məhbus özünü asdı

29 Aprel 2017 01:14

Filippində güclü zəlzələ baş verib

29 Aprel 2017 01:13

Bağdadın mərkəzində partlayış - 6 ölü, 7 yaralı

29 Aprel 2017 01:09

Bağdadda güclü partlayış: 6 ölü, 7 yaralı

29 Aprel 2017 01:08

Xəzər dənizinin Azərbaycan hissəsində zəlzələ olub

29 Aprel 2017 01:07

Filippində 7,2 bal gücündə zəlzələ

29 Aprel 2017 01:04

Obama Nyu-Yorkda çıxışına görə daha 400 min dollar qazanıb

29 Aprel 2017 00:52

Xəzərdə zəlzələ oldu

29 Aprel 2017 00:49

"Azərsun" Bakı 2017-nin rəsmi dəstəkçisi oldu -

29 Aprel 2017 00:49

Çimərlikdə hər kəs bu rus gözələ baxdı - FOTO

29 Aprel 2017 00:47

Bu yay alt paltarları altda qalmayacaq - FOTOLAR

29 Aprel 2017 00:38

Bağdadda güclü partlayış baş verib

29 Aprel 2017 00:32

Goranboyda kafedə dava düşdü - yaralanan var

29 Aprel 2017 00:29

"Türkiyə ilə danışıqlar dayanmayıb" -

29 Aprel 2017 00:28

Dünyanın ən maraqlı və həyəcanlı dəmir yolları - VİDEO

29 Aprel 2017 00:23

Astroloji proqnoz - 29 aprel

29 Aprel 2017 00:08

"Qalatasaray" Brumanı saxlaya bilmir

29 Aprel 2017 00:05

Günün qoroskopu: işlərinizdə uğur vəd edən gündür

29 Aprel 2017 00:05

Raytorala görə 27 nömrəli formadan imtina etdi - FOTO

28 Aprel 2017 23:57

Bakı həbsxanasında dustaq özünü asaraq intihar edib

28 Aprel 2017 23:57

Elmar Məmmədyarovdan erməni nazirlə görüşü ilə bağlı

28 Aprel 2017 23:56

Limon dənələrini atmayın, əkin - FOTO İZAH

28 Aprel 2017 23:52

Mineral suların faydası

28 Aprel 2017 23:47

"Liverpul" futbolçu ilə müqavilə yenilədi

28 Aprel 2017 23:47

Qohumlararası evliliklər gen xəstəliklərinin artmasına səbəb olur

28 Aprel 2017 23:42

Təzyiqi normallaşdırır, saç tökülmənin qarşısını alır...

28 Aprel 2017 23:42

Lö Pen Zidanın cavabını verdi:

28 Aprel 2017 23:40

49 yaşlı kişini ilan vurdu - Şəmkirdə

28 Aprel 2017 23:39

Kişilərin ən çox arzuladığı qadın çimərlikdə - FOTOLAR

28 Aprel 2017 23:38

"Bavariya" futbolçunun müqaviləsini yenilədi

28 Aprel 2017 23:37

Xanımı Sərdardan belə acıq çıxdı - FOTO

28 Aprel 2017 23:37

Baş Konsul Rəşad İsmayılov Batumi Bələdiyyə Məclisinin sədri ilə görüşüb

28 Aprel 2017 23:29

Avstriyada sağçı ekstremizm və rasizm ilə bağlı cinayətlərin sayı artıb

28 Aprel 2017 23:27

Hıçqırığı necə dayandırmaq olar?

28 Aprel 2017 23:27

"Əl-Qaidə" liderlərindən biri öldürüldü

28 Aprel 2017 23:26

Şeydayevin Slovakiya çempionatında ikinci qolu - VİDEO

28 Aprel 2017 23:24

Futbolçunun bir ayağına 80 milyon avro qiymət qoyuldu

28 Aprel 2017 23:23

İmişlidə piyadanı avtomobil vurub

28 Aprel 2017 23:22

"Spartak"ın oyunçusu karyerasını Türkiyədə davam etdirəcək

28 Aprel 2017 23:22

"Məhz bu səbəbdən Meksika ilə aramızda divarın olması zəruridir"

28 Aprel 2017 23:17

Selena Qomez üç fərqli geyimdə - FOTO

28 Aprel 2017 23:12