Çin ordusunun türklərdən niyə qorxduğunu açıqlayan - 2200 İLLİK MƏKTUB

Çin ordusunun türklərdən niyə qorxduğunu açıqlayan - 2200 İLLİK MƏKTUB
23:53 12 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Çin imperatoru Vu-linqin dövründə general Li-mu Hun ordusundan nümunə götürərək öz ordularında bir sıra yeniliklər etmişdi. İslahatlar Çin imperatorluğu zamanında da general Munq-ts tərəfindən davam etdirilmişdi (e.ə.247-210). Sonralar imperatorluğun vəziri Çao-Tso da imperatora öz ordularında islahatlar aparmaq üçün Hun ordusundan nümunə götürmələri barədə bir məktub yazır. Həmin məktubda deyilir:

“Çinin ənənəsi yadellilərə qarşı döyüşməkdən ibarətdir. İndiki Hunların yurdları və döyüş texnikaları bizimkilərdən tamamilə fərqlidir. Hunların ölkəsində enişli-yoxuşlu dağlar, bu dağlarda keçilməsi çətin olan dar boğazlar, uçurumların kənarı ilə gedilən təhlükəli yollar var. Bu yerlərdən çin atlıları keçə bilməzlər.

Hunlar at üstündə çaparaq yay çəkib, ox ata bilirlər. Çin atlıları bunu edə bilmirlər. Hunlar yağışdan, küləkdən, aclıqdan və susuzluqdan qorxmurlar. Çinlilər isə bunu bacarmırlar. Bu, hunların qədimdən bəri yaşatdıqları adətləridir. Biz çinlilərin gücü isə düz və rahat yerlərdə gedən yüngül döyüş arabaların qoşulduğu sürətli atlardadır. Çinin qundaqlı yayları oxlarını uzağa ata bilirlər. Ancaq bu yaylar çox ağırdır, daşınması və qurulması bir az çətindir. Hunlar isə oxlarını uzağa ata bilmirlər. Bizim piyada əsgərlərimiz əllərində silah açıq hədəfə hücum edə bilirlər. Hunların piyada əsgərləri belə etmirlər. Onsuz da onlarda piyada əsgərlər yox dərəcəsindədir. Bu da çinlilərin uzun zamandan bəri inkişaf etdirdikləri qabiliyyətləridir. Çin ordusunun Hunları düzənlik yerdə tutmaları mümkün deyil. Bizimkilər mümkün olduğu qədər Hunlarla üz-üzə gəlməməlidir”. /Admiral.az/


Xəbərin orijinal ünvanı: http://publika.az/news/maraqli/171949.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR