Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Əl və ayaqlardakı şişdən qurtulun - MƏŞHURLARIN RESEPTLƏRİ

Əl və ayaqlardakı şişdən qurtulun - MƏŞHURLARIN RESEPTLƏRİ

Date: 13 October 2016 00:05

Bədən toxumaları arasında çox miqdarda yığılan maye daha çox əl, ayaq və göz ətrafında şişin yaranmasına səbəb olur. Bəs bu şişlərdən xilas olmaq mümkündür? Milli.Az lent.az-a istinadən bu şişlərdən qurtulmaq üçün Türkiyənin məşhur mütəxəssislərinin reseptlərini təqdim edir.

Kimyaçı, professor İbrahim Saraçoğlu:
 
Şişdən xilas olmaq üçün qaynayan bir stəkan suyun içərisinə 25 ədəd qurudulmuş albalı saplağı atın. 5 dəqiqəyə qədər az odda qaynadın və süzün. 1 həftə boyunca səhər və günorta yeməyindən iki saat sonra için.

Dietoloq Ender Saraç:
 
Ərzaqlar:
 
- 2 stəkan su
- Bir topa qarğıdalı saçağı
- Bir neçə gilas saplağı
- 5-6 ədəd saplarıyla birlikdə cəfəri
- Yarım çay qaşığı iri yarpaqlı yaşıl çay
- 2 ədəd qərənfil.
 
Hazırlanması:
 
Qaynayan suyun içərisinə bütün ərzaqları tökün və 4 dəqiqəyə qədər dəmləyin. Süzün və ilindikdən sonra için. Qeyd: İçinə nanə tökməyin. Yayda isə bu qarışımı bir az buzla sərinlədib içə bilərsiniz. Lakin çox soyuq olmasın. Çayı içmək üçün ən yaxşı vaxt səhər yuxudan oyananda, nahardan əvvəl və ya axşam saatlarıdır. Bu şişi aradan qaldıran qarışımdan başqa, səhər oyanan kimi 1-2 fincan tünd yaşıl çay və ya 1 fincan sadə türk qəhvəsi içmək də şişkinlikdən xilas olmaq üçün ideal bir üsuldur.

Həkim-mütəxəssis Şeyda Coşkun
 
Ərzaqlar:
 
Darçın, zəncəfil, qərənfil, limon, cəfəri, albalı saplağı, yaşıl alma, qara ərik.
 
Hazırlanması:
 
Bütün ərzaqları qaba töküb qaynadın. Sonra cəfəri və albalı saplaqrını çıxarın. Qalan ərzaqları süzgəcdən keçirin və suyunu için.

Həkim-mütəxəssis Dilara Koçak
 
Ərzaqlar:
 
- 1 litr qaynamış su
- 1 dəstə cəfəri
- 2-3 ədəd darçın çubuğu
- 1 ədəd fındıq böyüklüyündə zəncəfil
- 1 limonun suyu
- 1 alma
 
Hazırlanması:
 
Qaynamış suyun içinə cəfərini atın. Bir almanı dilimləyin, qaynayan suyun içinə atın. Dad verməsi üçün 2-3 ədəd darçın çubuğu və 1 ədəd fındıq böyüklüyündəki zəncəfili əlavə edin. Sonda limon suyunu da töküb qaynadın. 15 dəqiqə qaynadıqdan sonra qarışımı  süzgəcdən keçirin və suyunu için.
 
 
Aparıcı və pilates təlimçisi Ebru Şallı
 
Ərzaqlar:
 
 - 1 dəstə cəfəri
 - 1 yemək qaşığı şüyüd suyu
 - 2 dənə sarı limon
 - 1 dənə yaşıl limon
 
Hazırlanması:
 
Limonları qabıqlarıyla birlikdə doğrayıb bir qazana tökün. Cəfərini saplarından ayırmadan doğrayın və qazanın içinə atın. Üzərinə bir az su tökün və yarım qaşıq şüyüd, yaxud razyana suyu əlavə edin. Az odda yüngülcə qaynadın və soyumasını gözləyin. Yatmazdan əvvəl bir stəkan için.

Milli.Az


Tags:  ayaqlardakı şişdən qurtulun MƏŞHURLARIN RESEPTLƏRİ

RƏYLƏR


Top news