Zaqatalada tütün müəssisəsində yanğın

Zaqatalada tütün müəssisəsində yanğın
00:44 13 Oktyabr 2016
41 Digər
Ölkə mətbuatı
A- A+

 “İnter-Tobacco” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) Zaqatala tütün istehsalı və emalı məntəqəsində yanğın olub.

 

APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, oktyabrın 12-i axşam saat 23:25 radələrində “İnter-Tobacco” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) Zaqatala rayonu Aşağı Tala kənd inzibati ərazisində fəaliyyət göstərən Zaqatala tütün istehsalı və emalı məntəqəsinin tütün qurutma kamerasında baş verib.

 

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb edilib.

 

FHN-nin Zaqatala rayon DYMH-dən APA-ya bildirilib ki, yanğınsöndürənlərin səyi nəticəsində yanğının genişlənərək digər tütün qurutma kameralarına keçməsinin qarşısı alınıb. Yanğın nəticəsində yanğın baş verən tütün qurutma kamerasının 28 kv/m-lik sahəsinin yanar konstruksiyaları və içərisində olan tütün yanıb. Yanğın zamanı xəsarət alan olmayıb.

 

Faktla bağlı FHN-nin Zaqatala rayon DYMH-də araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/256381

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR