Siyəzəndə yol-nəqliyyat hadisəsi nəticəsində bir nəfər ölüb

Siyəzəndə yol-nəqliyyat hadisəsi nəticəsində bir nəfər ölüb
01:02 13 Oktyabr 2016
46 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 13 oktyabr. REPORT.AZ/ Siyəzən rayonu ərazisində yol nəqliyyat hadisəsi nəticəsində bir nəfər ölüb.
"Report"un məlumatına görə, Bakı-Quba yolunun 97-ci kilometrliyində, Siyəzən rayonu ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib. Hadisə zamanı BMW markalı, 90HK044 dövlət nömrə nişanlı minik avtomobilinin sürücüsü, 1978-ci il təvəllüdlü, Rusiya Federasiyası vətəndaşı, Əzimov Habil Lətif oğlu hadisə yerində ölüb. Avtomobildə olan sərnişinlər yüngül xəsarət alıblar. Sərnişin İbadov Sərvər Kamil oğluna Siyəzən RDM-də ilkin tibbi yardım göstərilib, ambulator müalicə üçün evə buraxılıb.
Onlar Dağıstan Respublikasına işləməyə gedirmişlər.
Faktla bağlı hüquq mühafizə orqanlarında araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: http://report.az/hadise/siyezende-yol-neqliyyat-hadisesi-neticesinde-bir-nefer-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR