Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Azərbaycanda polisdən nümunəvi hərəkət - video

Azərbaycanda polisdən nümunəvi hərəkət - video

Date: 13 October 2016 01:36

Bakı-Quba yolunun 47-ci kilometrliyində təhlükəsiz şəhər kamerası vasitəsilə lentə alının görüntüdə azyaşlı uşağın saatda sürəti 110 kilometr olan yoldan keçmək istədiyi əks olunub.

Axşam.az-ın Xəzər Xəbər-ə istinadən məlumatına görə, uşaq, dəmir ayırıcılardan birini keçə bilsə də, ikincidən keçə bilməyib.

Bu zaman ərazidən keçən yol polisi inspektoru onu görərək dayanıb.

Baş Dövlət Yol Polis İdarəsinin Yol Patrul Xidməti Alayının 1-ci tağımının əməkdaşları ayırıcı zolağın içərisində köməksiz vəziyyətdə qalan uşağa kömək məqsədi ilə geri qayıdıblar. İnspektor uşağa yaxınlaşıb və dəmir dəmirlərin arasından yolun digər tərəfinə təhlükəsiz şəkildə keçməyə yardım edib.

BDYPU-nin şöbə rəisi Kamran Əliyev deyib ki, bu hərəkət polislərin vəzifəsi olmasına baxmayaraq, belə əməkdaşlar hər zaman mükafatlandırılır.


Tags:  Azərbaycanda polisdən nümunəvi hərəkət video

RƏYLƏR


Top news