Türk müğənni Demet Akalın rəfiqəsi İşın Karacanın keçmiş əri Sedat Doğandan polisə şikayət edib.
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ifaçı bu barədə sosial mediadakı hesabında məlumat paylaşıb.
Demet bildirib ki, Sedat onun əməkdaşlıq etdiyi banka gedərək pul almağa çalışıb:
“Vəkilimə və polisə məlumat verdim. Bunda sonra mənə fırıldaq edə bilməyəcəksən”.
Qeyd edək ki, 2 illik evlilikdən sonra 2013-cü ildə İşın Karacadan boşandıqdan sonra müflisləşən S.Doğan, polis tərəfindən axtarışda idi.