Son günlər hamı bu polisdən danışır (VİDEO)

Son günlər hamı bu polisdən danışır (VİDEO)
02:33 13 Oktyabr 2016
143 Ölkə
Ölkə mətbuatı
A- A+

Son günlər hər kəs bu görüntüdən danışır. Sosial şəbəkədə yayılan kadrlarda, bir azyaşlı sürətli yoldan keçmək istəyir. Bu zaman uşaq dəmir arakəsmələrin arasında qalır. Ərazidən keçən yol polisləri onun köməksiz vəziyyətdə qaldığını görüb uşağa yaxınlaşır. Digəri yolda hərəkəti dayandırıb, biri isə uşağı təhlükəsiz şəkildə yoldan keçirir.

Azyaşlını dəmirlərin arasından yol polisi belə xilas etdi.

Görüntülər Bakı-Quba yolunun 47-ci kilometrliyindəndir. Təhlükəsiz şəhər kamerası vasitəsi tərəfindən lentə alının görüntüdə, azyaşlı bir uşaq saatda sürəti 110 kilometr olan yoldan keçmək istəyir.

Uşaq təhlükəli ərazidən yolu keçir. O, dəmir ayırıcılardan birini keçə bilsə də, ikincidən keçə bilmir. Dəmirlərin arasında biraz gözlədikdən sonra xidməti avtomobillər ərazidən keçən yol polisi inspektoru onu görərək dayanır.

Baş Dövlət Yol Polis İdarəsinin Yol Patrul Xidməti Alayının 1-ci tağımının əməkdaşları ayırıcı zolağın içərisində köməksiz vəziyyətdə qalan uşağı kömək məqsədi ilə geri qayıdırlar. İnspektor uşağa yaxınlaşıb onu dəmir ardəmirlərin arasından çıxararaq təhlükəsiz yolu keçirir.

Uşağın yolu keçdiyinə əmin olduqdan sonra isə özü yoluna davam edir. Baş Dövlət Yol Polis İdarəsinin Şöbə rəisi Kamran Əliyevin verdiyi məlumata görə, baxmayaraq ki, bu onun vəzifəsidir belə polis əməkdaşları hər zaman mükafatlandırılır.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/hadise/171957.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR