Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

ABŞ Dövlət Departamentinin sözçüsü: "Gürcüstandakı seçkilər yaxşı təşkil olunmuşdu"

ABŞ Dövlət Departamentinin sözçüsü: "Gürcüstandakı seçkilər yaxşı təşkil olunmuşdu"

Date: 13 October 2016 02:47

Bakı. 13 oktyabr. REPORT.AZ/ "Oktyabrın 8-də Gürcüstanda keçirilən parlament seçkisi yaxşı təşkil olunmuşdu".
"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Con Kibri bildirib.
"ATƏT təmsilçiləri dəyərləndirməsinə görə, seçkilər fundamental hüquq və azadlıqlara əsasən cavab verib", -deyə o vurğulayıb.
İnformasiyaya əsasən, o, bəzi seçki məntəqələrində zorakılıq hallarının baş verdiyidən təəssüfləndiyini bildirib: "ABŞ bu zorakılığı mühakimə edir və onları dərindən araşdırmaöa çağırır".
MSK-nın məlumatına görə,hakim "Gürcü arzusu" partiyası səslərin 48,65 faizini, müxalifətdə olan "Milli Birlik Hərəkatı" 27,21 fazini toplayıblar. Beş faizli baryeri keçən siyasi təşkilatlardan biri də "Gürcüstan Vətənsevərlər Alyansı"dır.

Tags:  ABŞ Dövlət Departamentinin sözçüsü Gürcüstandakı seçkilər təşkil olunmuşdu

RƏYLƏR


Top news