Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Almaniya təcridxanasında suriyalı qaçqının meyiti aşkar edilib

Almaniya təcridxanasında suriyalı qaçqının meyiti  aşkar edilib

Date: 13 October 2016 03:57

Bakı. 13 oktyabr. REPORT.AZ/ Berlin hava limanında terror hücumu etməyə cəhddə şübhəli bilənərək, tutulan, suriyalı qaçqın Caber əl-Bakrın Leypsiqdəki istintaq təcridxanasının kamerasında meyiti aşkar edilib.
"Report" BBC-yə istinadən xəbər verir ki, özünü öldürməsi şəraiti hələlik aydın deyil.
İnformasiyaya əsasən, o , oktyabrın 10-da tutulub. Xəbərə görə, ölümündən qabaq 22 yaşlı əl-Bakr acılıq elan etmişdi.
Məlumatda bildirilib ki, o, bu ilin fevralında kütləvi qaçqın axını olan zaman Almaniaya sərhədini keçib.
İnformasiyaya əsasən, Almaniya daxili işlər naziri Tomas de Mezerin sözlərinə görə, suriayalı İŞİD-in tərəfdarlarında olub, Paris və Brüsseldəki terror aktlarına oxşar cinayət törətməyə hazırlaşırmış.

Tags:  Almaniya təcridxanasında suriyalı qaçqının meyiti aşkar edilib

RƏYLƏR


Top news