10 manat aptekdə xərcləməkdənsə, 2 manat bazarda xərcləyin

10 manat aptekdə xərcləməkdənsə, 2 manat bazarda xərcləyin
07:12 13 Oktyabr 2016
178 Ölkə
Ölkə mətbuatı
A- A+

Yəqin başlığı oxuyub təəcüblənəcəksiniz ki, apteklə bazarın nə əlaqəsi? Əgər belə düşünürsünüzsə bu yazını sona qədər diqqətlə oxuyun.

Milli.Az modern.az-a istinadən bildirir ki, orqanizmin vitamin və minerallara tələbat az deyil. Buna görə də bir çox insanlar məhz bu aylarda vitamin pereparatları almaq üçün apteklərə üz tuturlar. Amma bu orqanizmin vitamin tələbatını ödəmək üçün heç də son çıxış yolu deyil.
Məsələyə bir az aydınlıq gətirək. Hazırda apteklərdə geninə-boluna reklam olunan çoxsaylı vitaminlər satılır. Adlarını məlum səbəblərdən çəkmədiyimiz bu vitaminlərdən ən populyar olanının qiyməti təxminən 10-12 manat civarındadır. Bu vitaminin içliyində tərkibə nəzər yetirək:
Vitamin A - 0.80 mq
Vitamin C - 100 mq
Vitamin E - 1,5 mq
Vitamin В1 - 1,4 mq
Vitamin В2 - 1,75 mq
Vitamin В5 - 7,5 mq
Vitamin В6 - 2 mq
Vitamin В9 - 0.20 mq
Vitamin В12 - 025 mq
Vitamin K - 0.30 mq
Vitamin PP - 20 mq
Kalsium - 162 mq
Maqnezium - 100 mq
Dəmir - 5 mq
Fosfor - 125 mq
Mis - 0,5 mq
Yod - 0.10 mq
Molibden - 0.50 mq
Sink - 5 mq
Selen - 0.30 mq
Manqan - 2 mq
Xrom - 0.40 mq
İndi isə keçək apteklərin çox da uzaqlığında yerləşməyən bazarlara, meyvə-tərəvəz köşklərinə. Göyərtilərin qiymətinə baxaq. Məsələn, cəfəri. Cəmisi 20 qəpik. Və ən nəhayət cəfərinin tərkibinə nəzər yetirək:
Vitamin A - 0.95 mq
Vitamin C - 150 mq
Vitamin E - 1,8 mq
Vitamin В1 - 0.5 mq
Vitamin В2 - 0.5 mq
Vitamin В6 - 1.2 mq
Vitamin В9 - 0.20 mq
Vitamin В12 - 025 mq
Vitamin K - 1.64 mq
Vitamin PP - 1.60 mq
Kalsium - 800 mq
Maqnezium - 85 mq
Dəmir - 2.5 mq
Fosfor - 90 mq
Mis - 0,15 mq
Sink - 1.50 mq
Selen - 0.20 mq
Manqan - 85 mq
Xrom - 0.40 mq
İndi özünüz diqqət yetirin. Bu, 100 qram cəfərinin hələ tam tərkibi deyil. Və müqayisədə heş bir fərq yoxdur. Cəfəri orqanizmi vitaminlərlə təmin etməklə yanaşı sağlamlıq üçün aşağıdakı faydalı xüsusiyyətlərə də malikdir:
1. Bu dəyərli bitki orqanizmin immunitetini gücləndirir, maddələr mübadiləsini tənzimləyir.
2. Depressiya üçün ən effektli vasitələrdən biri olan cəfəri gərginliyi, stressi aradan qaldırmaqla yanaşı insanın gücünü və enerjisini bərpa edir.
3. Cəfəri kişilər üçün təbii afrodiziakdır. Müntəzəm olaraq cəfəridən istifadə edən kişilər cinsi zəifliyin nə olduğunu bilməzlər.
4. Qadınlar üçün də cəfərinin faydası çoxdur. Menstruasiya pozğunluğu zamanı və həmçinin menstruasiya dövründə ağrılar baş verərsə cəfəridən istifadə etmək məsləhətdir.
5. Gündəlik olaraq 20 qram cəfəri yeməklə orqanizmin kaliuma olan tələbatını ödəmək mümkündür. 50 qram səfəri isə insanın gündəlik C vitamininə olan tələbatını ödəyir.
6. Soyuqdəymə üçün cəfəri ən yaxşı vasitələrdən biridir. Əgər xəstəliyin başlanğıcında qida rasionunuzda cəfərini bol etsəniz soyuqdəymədən yaxa qurtarmış olarsınız.
7. Onkoloji xəstəliklərin profilaktikası üçün cəfəridən istifadə etmək lazımdır.
8. Cəfəri ödqovucu və sidikqovucu xassələrə malikdir.
9. Yüksək qan təzyiqindən əziyyət çəkənlər cəfəridən müntəzəm istifadə etsələr faydasını görərlər.
10. Kimin orqanizmində dəmir çatmırsa cəfəriyə üstünlük verməlidir.
11. Yuxusundan şikayəti olanlar yatmazdan əvvəl cəfəri yesələr səhəri gümrah və xoş əhvalla açarlar.
12. Cəfərinin orqanizmi toksinlərdən, zərərli maddələrdən təmizləmək xüsusiyyəti də var. Bunun üçün on-on beş cəfərini götürüb yaxşıca əzmək lazımdır. Sonra onun üzərinə bir-iki xörək qaşığı limon şirəsi əlavə etmək və qarışdırmaq gərəkdir. Alınan məhlul səhər yeməkdən bir saat əvvəl qəbul edilməlidir. Yeddi gün hər səhər bu məhlulu qəbul etdikdən sonra yeddi gün fasilə verib yenidən təkrarlamaq lazımdır.
13. Həzm prosesinin yaxşılaşması üçün, xüsusilə də çox yedikdən sonra cəfərini qaynar suda dəmləyib bir stəkan içmək rahatlıq gətirər.
14. Ağızdan gələn pis qoxunu aradan götürmək üçün cəfəri yarpağını çeynəmək kifayətdir.
15. Cəfəridən müntəzəm istifadə etməklə dərimizin də qayğısına qalmış olarıq. Cəfəri dərini təravətli saxlayır və vaxtsız düşən qırışların qarşısını alır.
16. Bu dəyərli bitkidən kosmetik vasitə kimi də istifadə etmək olar. Cəfəri suyunu dəriyə təpitmə etməklə xanımlarımız daha sağlam dərili görünə bilərlər.
Sonda nəticə çıxaraq. 2 manat xərcləyib 10 dəstə cəfəri, yaxud digər faydalı olan göyərtilər, keşniş, şüyüd, vəzəri, göy soğan almaq yaxşıdır, yoxsa 10-12 manat sərf edib təbiiliyi sual altında olan vitamin pereparatları? Cavab aydındır. Həm pulunuza qənaət edin, həm də bərəkətli Azərbaycan torpaqlarının faydalı təbii məhsulları ilə özünüzün və ailənizin sağlamlığının qayğısına qalın.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/478675.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR