Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Yaşıl çay ürəyi cavan saxlayır

Yaşıl çay ürəyi cavan saxlayır

Date: 13 October 2016 08:05

Xərçəng kimi bir çox xəstəliklərdən qoruyucu təsirə malik olduğu məlum olan yaşıl çayın ürəyə də güclü təsir etdiyi bildirilib.

Deyerler.org-un Shafaqna saytına istinadən verdiyi xəbərə görə, Hollandiyada aparılan araşdırma nəticəsində, gün ərzində 3 fincan yaşıl çay istehlak etməyin ürək xəstəliklərinə bağlı ölüm hallarında 45% azalmaya səbəb olduğunu aşkarlayıb. Hollandiyada keçirilən araşdırmada 37 min insan iştirak edib.
 
Milli.Az deyerler.org-a istinadən bildirir ki, ürək sağlamlığı bütün sağlamlığın qorunmasında ən mühüm təsirə malikdir. Ürək sağlamlığınızı qorumaq bəlkə də yaşıl çay içmək qədər asandır. İşlər yüngül və ətirli yaşıl çay ilə ürək xəstəliyinin əsas səbəbləri olan total xolesterin, LDL xolesterin və trigliserid səviyyələrində yaxşılaşdırıcı və tənzimləyici funksiyanı yerinə yetirdiyini göstərir. 4 həftə ərzində mütəmadi istifadə olunan dərman müalicəsi olmadan LDL xolesterin və trigliserid səviyyələrini aşağı sala bilir.
 
Yaşıl çay içdikdən 30 dəqiqə sonra damarda qan axını daha asan olur. Çünki içdiyiniz yaşıl çay sizi rahatlaşdıraraq qanın daha asanlıqla axmasına yol açır.

Milli.Az


Tags:  Yaşıl çay ürəyi cavan saxlayır

RƏYLƏR


Top news