Bədəndə sink çatışmayan zaman nə edək?

Bədəndə sink çatışmayan zaman nə edək?
08:12 13 Oktyabr 2016
56 Ölkə
Ölkə mətbuatı
A- A+

Bədəndə sink çatışmayan zaman yorğunluq, dəridə çürüklərin yaranması, prostata aid xəstəliklər, saçın tökülməsi kimi hallar baş verər. Sink - bədənə çox lazım olan maddələrdəndir. Bu maddə bədənin immun sistemində iştirak edər və qandakı ağ qan hüceyrələrinin fəaliyyətini yaxşılaşdırar, iltihabla mübarizə aparar. Bu maddə qocalıq əleyhinə olduğu üçün dəri hüceyrələrinin fəaliyyətinə təsir edər.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, ona görə də dəridə olan yaraların və yanıqların yaxşılaşmasında böyük rola malikdir. Sağlam saçlara və dırnaqlara malik olmaq üçün sinkə ehtiyac vardır.

Bəs bu maddə hansı qıdalarda mövcuddur?
 
1. Dana ciyəri. Dana ciyəri sinklə zəngin olan bir qidadır. 100qr ciyərdə 9 milliqr sink vardır. Yaxşı olar ki, ciyəri suda bişirilmiş, kabab edilmiş və ya tavada qızardılmış halda yeyəsiniz.
 
2. Dana əti. 100qr ətdə 6 milliqr sink vardır. Ona görə də yaxşı olar ki, dana ətinin yağsız yerindən istifadə edilsin. Həftədə bir və ya iki dəfə dana ətinin yeyilməsi məsləhətdir.
 
3. Mərci. Mərci və ağ lobyanın tərkibində sink maddəsi çoxdur. 100qr mərcidə 5,5 milliqr sink vardır.
 
4. Ağ çörək. Ağ undan hzırlanmış çörəyin 100qr-da 5 milliqr sink vardır. Çörəyə vurulan maya sinkin cəzb olmasına yardım edər.
 
5. Yumurtanın sarısı. Yumurtanın sarısı protein və vitaminlərlə yanaşı, həm də sinklə zəngin olan qidadır. 100qr yumurta sarısında 4 milliqr sink vardır. Ona görə də həftədə iki və üç dəfə yumurta yemək məsləhət görülür.
 
6. Yulaf. Səhər yeməyində yulaf yeyərək, sinkə olan ehtiyacınızı ödəyə bilərsiniz. Yulafın 100qr-da 3 milliqr sink vardır.
 
7. Siyənək balığı. 100qr balıqda 2 milliqr sink vardır. Bundan başqa, tərkibində Omeqa-3 maddəsi də zəngindir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/478681.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR