Gürcüstanda 6 seçki məntəqəsində seçkinin nəticələri ləğv edildi

Gürcüstanda 6 seçki məntəqəsində seçkinin nəticələri ləğv edildi
08:12 13 Oktyabr 2016
38 Dünya
Ölkə mətbuatı
A- A+

Hazırkı mərhələdə Gürcüstanda ikinci tur səsverməsi 4 seçki məntəqəsində keçiriləcək.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu say dairə seçki komissiyalarına daxil olan şikayətlər əsasında arta bilər. Mərkəzi Seçki komissiyasının (MSK) mətbuat katibi Anna Mikeladzenin məlumatına görə, təkrar səsvermə Zuqdidəki 39 nömrəli Qamxuri, həmçinin 79 və 108 nömrəli  Cixaşkari seçki məntəqələrində baş tutacaq. Bundan başqa, təkrar seçki Marneulidəki 48 nömrəli Qızılhacılı seçki məntəqəsində keçiriləcək.
 
MSK mətbuat katibinin məlumatına görə, ikinci tur seçkisinin keçirilməsi ilə bağlı MSK-nın qərarı olacaq. Anna Mikeladze təkrar səsvermənin son tarixi 23 oktyabr olduğunu bildirib.
 
Anna Mikeladze son açıqlamasında bildirib ki, 5 seçki məntəqəsində majoritar və proporsional hissədə, bir məntəqənin nəticələri isə yalnız proporsional hissədə ləğv olunub. Onun sözlərinə görə, Dmanisinin 8-ci və 14-cü, Didubenin 14-cü və 26-cı, Marneulinin isə 48-ci seçki məntəqələrində  proporsional və  majoritar  sistemi ilə keçirilmiş seçkilərdə nəticələr ləğv olunub. Marneulinin 34-cü seçki məntəqəsində yalnız proporsional nəticələrin protokolu ləğv edilib. MSK nümayəndəsi açıqlamasında ləğv olunan seçki məntəqələrində təkrar seçkilər  barədə fikir bildirməyib. O, birinci turun yekunlarının oktyabrın 27-də başa çatacağını bildirib.
 
Qeyd edək ki, Gürcüstanda parlament seçkilərinin ikinci turu noyabrın 2-ə qədər keçiriləcək.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/478838.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR