Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Əsas mövzu Hələbdəki vəziyyət olacaq

Əsas mövzu Hələbdəki vəziyyət olacaq

Date: 13 October 2016 08:22

Oktyabrın 15-də İsveçrənin Lozanna şəhərində baş tutan beynəlxalq  görüşün əsas mövzusu Hələbdəki vəziyyət olacaq.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Con Kirbi bəyan edib.
 
"Lozannadakı görüşün əsas mövzusu Hələbdəki vəziyyət, Rusiya və Suriya aviasiyasının şəhərə endirdikləri hava zərbələri olacaq. Görüşdə Con Kerri və Rusiya xarici işlər naziri Sergey Lavrov da iştirak edəcəklər", deyə C.Kirbi bildirib.
 
Qeyd edək ki, ötən gün Rusiya XİN və ABŞ Dövlət Departamenti oktyabrın 15-də Lozanna şəhərində Suriya böhranı ilə əlaqədar görüşün keçiriləcəyini bildirib. Görüşdə həmçinin Türkiyə, İran, Səudiyyə Ərəbistanı və Qətər iştirak edəcək.

Milli.Az


Tags:  Əsas mövzu Hələbdəki vəziyyət olacaq

RƏYLƏR


Top news