Putin: "ABŞ və onun tərəfdaşları məsuliyyət daşıyır"

Putin: "ABŞ və onun tərəfdaşları məsuliyyət daşıyır"
08:32 13 Oktyabr 2016
36 Dünya
Ölkə mətbuatı
A- A+

Suriyada, o cümlədən Hələbdəki vəziyyətə görə ABŞ və onun tərəfdaşları məsuliyyət daşıyır.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Fransanın TF-1 telekanalına müsahibəsində deyib.
 
"Mən tamamilə əminəm ki regionda, o cümlədən Suriyada yaranan vəziyyətə görə, ilk növbədə ABŞ başda olmaqla bizim Qərb tərəfdaşlarımız məsuliyyət daşıyır. Suriyada hərbi cinayətlərə dair Rusiyaya qarşı səslənən ittihamlar isə mənasız, real vəziyyəti nəzərə almayan siyasi ritorikadır", deyə V.Putin bildirib.
 
Onun sözlərinə görə, hazırda siyasi ritorika deyil, yaranmış vəziyyətdən çıxış yollarını axtarmaq lazımdır: "Münaqişəyə cəlb olunan tərəfləri böhranın siyasi yolla nizamlanmasına inandırmaq gərəkdir".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/478840.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR