Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Qatıq kimlər üçün faydalıdır?

Qatıq kimlər üçün faydalıdır?

Date: 13 October 2016 08:42

Hafizəsi zəif olanlar, sümüklərində ağrısı olanlar, o kəslər ki, həzm problemləri vardır, yaxşı olar ki, bir müddət qatıq yeməsinlər.

Qatıq bədəndə rütubəti artıraraq, çəkinin artmasına səbəb olar. Ona görə də arıq insanlar üçün qatıq yemək daha yaxşı olar, nəinki çəkisindən əziyyət çəkən insanlara.
Milli.Az deyerler.org-a istinadən bildirir ki, qatıq insana susuzluqdan təskinlik verər. Qatıq yuxu gətirəndir. O kəslər ki, qəbizlikdən əziyyət çəkirlər, əgər hər axşam yatmazdan əvvəl 200qr. qatıq yesələr, qəbizliyin qarşısını almış olarlar.
Qatığın təbiəti soyuqdur. Qatıq həzm yolunda olan mikrobları məhv etmək xasiyyətinə malikdir. Tərkibində bu bakteriyaların olması insan ömrünü uzun edər. Lakin bəzi nöqtələrə riayət etmək lazımdır.
O insanların ki, hafizəsi zəifdir, həzm sistemində problemi olanlar gərək qatıqdan istifadə edən zaman həddi aşmasınlar. Əzələlərində ağrısı olanlar, yatan zaman ağız suyu yastığa tökülən insanlar gərək qatıqdan bir müddət imtina etsinlər. Ya da qatığı nanə, raziyana ilə qarışdırıb içsinlər. Qatığı yeməkdən əvvəl yeyin, onu qida ilə bir yerdə yeməyin.
O kəslərin ki, tez-tez ağızları quruyur, qatıq yemək onlar üçün faydalıdır. Qatıq qan qaynamasını, mədə hərarətini aşağı salar və ciyərləri sakitləşdirər.

Milli.Az


Tags:  Qatıq kimlər faydalıdır

RƏYLƏR


Top news