“Samsung”dan xəbərdarlıq: “Note 7”ləri söndürün!

“Samsung”dan xəbərdarlıq: “Note 7”ləri söndürün!
08:47 13 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

"Samsung Electronics" bütün müştərilərinə müraciət edərək "Galaxy Note 7" smartfonlarını söndürməyə çağırıb.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, "Samsung" dünya üzrə bütün tərəfdaşlarını "Galaxy Note 7"lərin satışını və dəyişdirilməsini dayandırmağı xahiş edib. ABŞ-da bu smartfonları əldə etmiş bütün alıcılara telefonu söndürmək və bir daha istifadə etməmək tövsiyə olunub. ABŞ-ın istehlakçıların hüquqlarını müdafiə üzrə Komissiyası bu qərarın düzgün olduğunu bildirib.
 
Qeyd edək ki, "Samsung" oktyabrın 10-da "Galaxy Note 7" smartfonlarının istehsalını müvəqqəti dayandırıb. Bu qərar yeni smartfonun Çin vətəndaşının əlində partlamasından sonra qəbul edilib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/mobilt/478691.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR