“Apple”in səhmlərinin qiyməti sürətlə artır

“Apple”in səhmlərinin qiyməti sürətlə artır
08:52 13 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Oktyabrın 10-da keçirilən birja əməliyyatlarında "Apple" şirkətinin səhmlərinin qiyməti rekord həddə çatıb.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, bir qiymətli kağızın qiyməti 116,74 dollar dəyərində olub.

Mütəxəssis qeyd edirlər ki, hazırda şirkətin aktivlərinə olan tələbat "Apple"in əsas rəqibi olan "Samsung" şirkəti tərəfindən "Galaxy Note 7" cihazlarının istehsalının dayandırılması barədə verilən qərardan irəli gəlib. Smartfonun istehsalının dayandırılması cihazın akkumulyatorunda yanmanın baş verməsi səbəbindən istehlakçıların çoxsaylı şikayətləri ilə bağlı olub. Bu da təbii ki, "Samsung" şirkətinin imicinə zərbə vurub.
 
Yaranmış vəziyyət "Apple" şirkətinə istehlak bazarında daha çox möhkəmlənməyə imkan verəcək. Şirkət öz rentabelliyini 7 faiz artıracaq, pul ekvivalentində isə xeyli divident gətirəcək.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/mobilt/478685.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR