Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

“Oskar” mükafatlarında rekord

“Oskar” mükafatlarında rekord

"Oskar 2017" son 9 ilin anti-rekordçusu oldu (01 Mart 2017 22:27)
"Oskar" mükafatının təqdimolunma mərasimi keçirilir (27 Fevral 2017 07:52)

Tarix: 13 Oktyabr 2016 08:52

26 fevral 2017-ci ildə sahiblərini tapacaq 89-cu "Oskar" mükafatları üçün "Əcnəbi dildə ən yaxşı film" nominasiyası üzrə filmlərin adları açıqlanıb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu nominasiyada qalib olmaq üçün rekorda sayda - 85 film mübarizə aparacaq.

Bu vaxta qədər ən çox namizəd isə 2014-cü ildə 83 film olmuşdu.

Bu siyahı dekabr ayında 9-a enəcək. 24 yanvar 2017-ci ildə isə 5 filmdən ibarət son siyahı açıqlanacaq.

Qalib olmaq üçün ən güclü namizədlər "Toni Erdmann" və "Elle" filmləri göstərilir.

2011-ci ildə "Ayrılıq" filmi ilə "Oskar" alan iranlı Əsgər Fərhadinin yeni "Satıcı" filmi də namizədlər arasındadır.

Türkiyə də siyahıda təmsil olunub. "Kalandar Soğuğu" adlı film güclü rəqiblərinə qarşı yarışacaq.

Milli.Az


Teqlər:  Oskar mükafatlarında rekord



RƏYLƏR


Top xəbərlər