"Hafka"nın 30 şirkəti bağlandı

"Hafka"nın 30 şirkəti bağlandı
09:27 13 Oktyabr 2016
52 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycanda yenidən təşkil olunaraq ləğv edilən 30 şirkətin bəzisi bu və ya digər şəkildə daşımaçılıq və biznesin başqa sahələrində tanınan, ancaq son vaxtlar biznesin qürub dövrünə qədəm qoyan Hafiz Məmmədova bağlıdır.

Milli.Az bildirir ki, azadliq.org şirkətlərlə bağlı Vergilər Nazirliyinin yönəltdiyi məlumat bazasındakı bilgiləri təhlil edərək bu qənaətə gəlib. Oktyabrın 12-də 31 şirkət ortaq qərarını açıqlayıb. Qərara görə, onların 30-u bir şirkətə - "Ram-Nur" MMC-yə qoşularaq ləğv olunurlar. Bunların arasında işadamı Hafiz Məmmədovun oğlanlarına məxsus KSM Şirkətlər Qrupunun ən azı iki üzvü - "Elit Catering Company" və "Candy Baku" MMC-lər də var.

KSM Şirkətlər Qrupunun korporativ saytı bağlanmazdan öncə, qrup bu şirkətləri öz strukturunda təqdim edib.

"Candy Baku" MMC-nin təsisçisi və direktoru olan Eldar Rasim oğlu İsmixanov KSM Şirkətlər Qrupunun başqa bir üzvünə - "KSM Property" MMC-yə rəhbərlik edir. Onun atası Allahverdi isə qrupun digər şirkətinin - "BQ-Trans" MMC-nin direktorudur.

Ləğv olunan şirkətlərin böyük əksəriyyəti, o cümlədən onların qoşulduğu "Ram-Nur" MMC də Hafiz Məmmədovun sahibi olduğu "Baghlan Group" FZCO (Birləşmiş Ərəb Əmirliklərində - BƏƏ-dir) şirkətinin Azərbaycandakı nümayəndəliyinin yerləşdiyi ünvanda - Bakı şəhəri, Həsən Əliyev küçəsi, 24 nömrəli binada qeydiyyatdadır.

Yaxud "A-Trade" MMC isə Hafiz Məmmədovun BƏƏ-də yaratdığı "Baghlan Group"un Bakıdakı filialının başqa bir ünvanında - Şəmsi Rəhimov küçəsi, ev 45-də dövlət qeydiyyata alınıb. Rəsmi məlumata görə, onun yeganə təsisçisi Fəxrəddin Səlimovdur. "A-Trade" MMC-nin direktoru Ramin Mehdiyevin qardaşı Kamal Mehdiyev "Bakı" peşəkar idman klubunun direktorudur. İş dünyasında həm də "Hafka" kimi tanınan Hafiz Məmmədov bu klubun prezidentidir.

Ləğv olunan şirkətlərin böyük bir hissəsi 2008-2012-ci illərdə - kommersiya qurumlarının təsisçiləri haqda məlumatların ictimaiyyətə açıq olduğu dövrdə qurulub. Həmin məlumatlardan onları ayrı-ayrı şəxslərin yaratdığı üzə çıxır.

Otuz şirkəti öz içində əridən "Ram-Nur" MMC haqqında isə ictimaiyyətə, demək olar, heç nə məlum deyil. 2012-ci ilin avqustunda yaradılan şirkətin, elə digər 30 şirkətin də çoxunun nə işlə məşğul olduğu bilinmir. Ötən ilədək "Elit Catering Company" və "Candy Baku" MMC-lər qida sektorunda çalışıb. KSM Şirkətlər Qrupu bəyan edirdi ki, "qrupa onlarla şirkət daxildir".

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Hacıqabulda 4 otaqlı ev yandı

27 İyul 2017 00:34

ABŞ-da təyyarə avtomobil yoluna düşüb, ölənlər var

27 İyul 2017 00:32

Putin Ermənistanla birgə hərbi birləşmələr haqqında sazişi ratifikasiyası edib

27 İyul 2017 00:30

Tillerson istefa xəbərlərini təkzib etdi

27 İyul 2017 00:29

Astroloji proqnoz - 27 iyul

27 İyul 2017 00:13

17 yaşlı oğlan özünü asdı - Şəkidə

27 İyul 2017 00:09

"Leipzig" Keytanı satmaq barədə düşünə bilər

27 İyul 2017 00:05

Günün qoroskopu: diqqəti əldən verməyin

27 İyul 2017 00:05

Fatih Terim 3,5 milyon avro təzminat alacaq

27 İyul 2017 00:04

Tramp maaşından imtina etdi

27 İyul 2017 00:03

Kaxaber Sxadadzenin yerinə ispan mütəxəssis

26 İyul 2017 23:57

Bellanı bir də belə görün - FOTO

26 İyul 2017 23:57

Bürclər – 27 İYUL

26 İyul 2017 23:55

Mustafa Ceceli və yeni həyat yoldaşı bal ayından qayıtdı - FOTO

26 İyul 2017 23:52

ABŞ-da ev balığını öldürən şəxs 4 ay müddətinə həbs olunub

26 İyul 2017 23:47

"Bavariya" "Real" qədər böyük klubdur"

26 İyul 2017 23:47

Çəkilmədiyi film üçün Şarliz Terona kömək etdi

26 İyul 2017 23:42

Bakıda atasını itirən qızdan DƏHŞƏTLİ ƏMƏL

26 İyul 2017 23:37

"Sanki xalq düşməniyəm"

26 İyul 2017 23:37

Elmdə müdhiş sıçrayış

26 İyul 2017 23:37

Tramp maaşını ABŞ Təhsil nazirliyinin hesabına köçürüb

26 İyul 2017 23:32

Azərbaycan neftinin SON QİYMƏTİ

26 İyul 2017 23:27

Tramp maaşını təhsil nazirliyinə verdi

26 İyul 2017 23:24

Körpələrə verilən köməkçi qidanın həcmi nə qədər olmalıdır?

26 İyul 2017 23:22

Natavanın toydan sonra qayınatasıgildə ilk fotosu

26 İyul 2017 23:22

Federal Ehtiyatlar Sistemi uçot dərəcəsini olduğu kimi saxlayıb

26 İyul 2017 23:20

Sığorta şirkəti öhdəliyini yerinə yetirmir: Vətəndaş sığorta pulunu ala bilmir - VİDEO

26 İyul 2017 23:17

Putin Ermənistanla birgə hərbi birləşmələr haqqında sazişi ratifikasiya edib

26 İyul 2017 23:05

Salyan sakini avtomobili aşırdı - FOTOLAR

26 İyul 2017 23:03

Həbib Əlizadədən növbəti kreativ addım - VİDEO

26 İyul 2017 22:57

Dərinin yanmadan qorunması üsulları

26 İyul 2017 22:57

Daşkəsəndə qayın yeznəni döydü

26 İyul 2017 22:49

Bacısı ilə boşandığı üçün aralarında mübahisə düşdü - yeznəsi tərəfindən döyüldü

26 İyul 2017 22:47

Xəzərdə batan iki nəfər xilas edilib

26 İyul 2017 22:45

Cinsi zəifliyi aradan qaldıran cövhər

26 İyul 2017 22:42

Bakıda qardaş bacısına qısqanclıq zəminində 13 bıçaq zərbəsi vurub

26 İyul 2017 22:42

Yayda bu qidalara üstünlük verilməlidir

26 İyul 2017 22:37

Goranboyda "VAZ" aşdı - 3 yaralı

26 İyul 2017 22:29

Bakıya uçan təyyarənin yaxınlığından ballistik raket keçdi - FOTO

26 İyul 2017 22:27

Əsəbilik, zəiflik, qanazlığı BU VİTAMİNİN çatışmazlığından xəbər verir

26 İyul 2017 22:27

Maykl Ceksonun 19 yaşlı qızı siqaret çəkərkən görüntüləndi

26 İyul 2017 22:17

"Android" telefon istifadəçiləri - Diqqətli olun! - VİDEO

26 İyul 2017 22:17

FES illik faiz dərəcəsini 1-1,25% səviyyəsində saxlayıb

26 İyul 2017 22:17

FED uçot dərəcəsini dəyişmədi

26 İyul 2017 22:14

FED uçot dərəcəsi ilə bağlı qərar qəbul etdi

26 İyul 2017 22:12

Bakıda reyd keçirilib - VİDEO - FOTO

26 İyul 2017 22:05

Diş həkiminə ömrünüzdə cəmi bir dəfə gedəcəksiniz - MÖHTƏŞƏM KƏŞF

26 İyul 2017 22:05

"Neftçi" "Şalke" ilə oynadı

26 İyul 2017 22:05

“Neftçi” “Şalke”-yə uduzdu

26 İyul 2017 22:04

NASA-nın izah tapmadığı QƏDİM QAYAÜSTÜ TƏSVİRLƏR

26 İyul 2017 22:03