"Bakı Toxuculuq-Qalantereya"nın idarəetmə orqanları yenidən seçiləcək

"Bakı Toxuculuq-Qalantereya"nın idarəetmə orqanları yenidən seçiləcək
09:32 13 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 13 oktyabr. REPORT.AZ/ Noyabrın 15-də, saat 10:00-da "Bakı Toxuculuq-Qalantereya" ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək. "Report" xəbər verir ki, bu barədə Cəmiyyətin Müşahidə Şurasına istinadən rəsmi mətbuatda məlumat verilib.
Yığıncaq ASC-nin yerləşdiyi Bakı şəhəri, Sabunçu rayonu, Anaşkin küçəsi,39 ünvanında baş tutacaq. Onun gündəliyinə müəssisənin yeni nizamnaməsinin qəbul edilməsi, idarəetmə orqanlarının yenidən seçilməsi və digər məsələlər daxildir. Yığıncaqda bütün səhmdarların iştirakı vacibdir.
Xatırladaq ki, "Bakı Toxuculuq-Qalantereya" 1997-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 1 321 168 manatdır. 

Xəbərin orijinal ünvanı: http://report.az/biznes/baki-toxuculuq-qalantereya-nin-idareetme-orqanlari-yeniden-secilecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR