Los-Ancelesdə Azərbaycanın müstəqilliyinin 25 illiyinə həsr olunmuş poçt markası buraxılıb

Los-Ancelesdə Azərbaycanın müstəqilliyinin 25 illiyinə həsr olunmuş poçt markası buraxılıb
09:37 13 Oktyabr 2016
26 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycanın Dövlət Müstəqilliyinin bərpasının 25-ci ildönümü münasibətilə ABŞ-ın Los-Anceles şəhərində poçt markası buraxılıb.

Milli.Az bildirir ki, bu barədə Trend-ə Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğundan verilən məlumatda deyilir.

Məlumatda qeyd olunur ki, ABŞ-n Federal Poçt Xidməti tərəfindən təsdiq olunmuş və bütün ölkə ərazisində istifadə gücünə malik poçt markasının üzərində Azərbaycan bayrağı əks etdirilib və Bakı şəhərinin müasir görünüşü fonunda "Azərbaycan: Müstəqilliyin 25 İlliyi (1991-2016)" sözləri qeyd edilib.

Markanın buraxılması Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğunun təşəbbüsü və dəstəyi ilə baş tutub. Baş Konsulluq markanın ABŞ-da geniş şəkildə yayılmasını planlaşdırır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/478866.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR