Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Erməni silahlıları hərbçilərimizi təxribata çəkirlər

Erməni silahlıları hərbçilərimizi təxribata çəkirlər

Azərbaycanlı idmançı ilə döyüşdə təxribata əl atan erməni yarışdan qovulub (25 Fevral 2017 20:17)

Tarix: 13 Oktyabr 2016 09:37

Müdafiə Nazirliyi bildirir ki, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 28 dəfə pozub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, Ermənistan Respublikası İcevan rayonunun Paravakar kəndində yerləşən mövqelərdən Ağstafa rayonunun Köhnəqışlaq kəndində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

İşğal altında olan Tərtər rayonunun Göyarx, Çiləbürt, Ağdam rayonunun Baş Qərvənd kəndləri, Füzuli rayonunun Horadiz şəhəri, Aşağı Seyidəhmədli kəndi yaxınlığında, həmçinin Goranboy, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Milli.Az


Teqlər:  Erməni silahlıları hərbçilərimizi təxribata çəkirlər



RƏYLƏR


Top xəbərlər