13 OKTYABR

13 OKTYABR
09:38 13 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

1827–ci il. Rusiya-İran müharibəsi (1826-1828) gedişində Cənubi Azərbaycan torpaqlarına daxil olan rus qoşunları Təbrizi ələ keçiriblər. Bunun ardınca general İvan Paskeviçin qoşunları Ərdəbil və Urmiyanı da işğal ediblər. Ruslar işğalın coğrafiyasını genişləndirməklə gələcək sülh müqaviləsində maksimum üstünlük əldə etmək niyyəti güdürdülər.

1921–ci il. Türkiyə, Rusiya və Cənubi Qafqazın üç sovet respublikası - Azərbaycan, Gürcüstan və Ermənistan arasında Qars müqaviləsi imzalanıb. Sənəd 1921-ci ilin martında Rusiya ilə Türkiyə arasında bağlanmış Moskva müqaviləsinin davamı idi. Qars müqaviləsində Moskva sazişinin Cənubi Qafqazla bağlı müddəaları dəqiqləşdirilib, Türkiyənin Azərbaycan, Gürcüstan və Ermənistanla sərhədləri müəyyənləşdirilib. Müqavilənin mühüm bəndlərindən biri Naxçıvanla bağlı idi. Sənəddə Naxçıvanın Azərbaycan ərazisi olduğu və Türkiyənin razılığı olmadan Naxçıvanın yurisdiksiyasının dəyişdirilməsinin yolverilməzliyi təsbitlənib.

1880–ci il. Bakı–Sabunçu-Suraxanı xəttinin istifadəyə verilməsi ilə Azərbaycanda dəmir yolu nəqliyyatının əsası qoyulub. Prezident İlham Əliyevin 2005-ci il 7 oktyabr tarixli Sərəncamı ilə Azərbaycan dəmir yolunun yarandığı gün – 13 oktyabr “Dəmir yolu işçilərinin peşə bayramı günü” elan olunub.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/maraqli/171976.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR