Los Ancelesdə Azərbaycanın müstəqilliyinin 25 illiyinə həsr olunmuş poçt markası buraxılıb

Los Ancelesdə Azərbaycanın müstəqilliyinin 25 illiyinə həsr olunmuş poçt markası buraxılıb
09:42 13 Oktyabr 2016
22 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 13 oktyabr. REPORT.AZ/ Azərbaycanın Dövlət Müstəqilliyinin bərpasının 25-ci ildönümü münasibətilə, ABŞ-ın Los Anceles şəhərində müvafiq poçt markası buraxılıb.
Bu barədə “Report”a Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan məlumat verilib.
ABŞ-n Federal Poçt Xidməti tərəfindən təsdiq olunmuş və bütün ölkə ərazisində istifadə gücünə malik poçt markasının üzərində Azərbaycan bayrağı əks etdirilib və Bakı şəhərinin müasir görünüşü fonunda “Azərbaycan: Müstəqilliyin 25 İlliyi (1991-2016)” sözləri qeyd edilib.
Markanın buraxılması Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğunun təşəbbüsü və dəstəyi ilə baş tutub.
Baş Konsulluq markanın ABŞ-da geniş şəkildə yayılmasını planlaşdırır.

Xəbərin orijinal ünvanı: http://report.az/xarici-siyaset/los-ancelesde-azerbaycanin-musteqilliyinin-25-illiyine-hesr-olunmus-poct-markasi-buraxilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR