Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Çaylarda təhlükə - bu dəfə səbəb yağış deyil

Çaylarda təhlükə - bu dəfə səbəb yağış deyil

Date: 13 October 2016 09:47

Oktyabr ayının birinci ongünlüyü üçün Kür və Araz transsərhəd çaylarında keçirilən monitorinqlərin nəticələri açıqlanıb.

Milli.Az bildirir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentindən Trend-ə verilən məlumata görə, Kür və Araz transsərhəd çaylarının, həmçinin onların transsərhəd qollarının çirklənmə vəziyyətini öyrənmək məqsədilə oktyabr ayının I ongünlüyü üçün keçirilən növbəti monitorinqlərin nəticəsində məlum olub ki, Kür çayında suyun sərfi sentyabr ayının III ongünlüyünə nisbətən 19 m3/san azalaraq 140 m3/san təşkil edib.

Monitorinqin nəticələrinə əsasən, Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində Kür çayı və onun qollarında biogen maddələrin miqdarının normadan dəfələrlə artıq olması müşahidə olunub.

Suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenollar Şıxlı-2 məntəqəsində 3.5, Ağstafaçayda 3.3, Ağstafaçay su anbarında isə 3.2 dəfə yol verilən qatılıq həddini (YVQH) keçib.

Oktyabr ayının I ongünlüyündə aparılan monitorinqlərin nəticələrinə görə, fenollar Araz çayı üzrə Horadizdə 2.8, I Şahsevəndə 2.5, Bəhramtəpədə isə 2.4 dəfə YVQH-ni keçib.

Mis birləşmələri isə Kür və Araz çayları üzrə bütün məntəqələrdə norma daxilində tərəddüd edib.

Suyun oksigen rejimi bütün məntəqələrdə 5.76 -6.18 mq/l arasında olmaqla sanitar norma daxilində dəyişib.

Milli.Az


Tags:  Çaylarda təhlükə bu dəfə səbəb yağış deyil

RƏYLƏR


Top news