Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Ayın səthi dəyişir

Ayın səthi dəyişir

Date: 13 October 2016 09:52

Alimlər son yeddi ildə Ayda 222 yeni kraterin yarandığını bildiriblər.

Milli.Az qafqazinfo-ya istinadən bildirir ki, bu barədə "Nature" dərgisi məlumat yayıb.

Arizona və Kornel Universitetinin alimləri Ay səthinin son yeddi ildəki müşahidəsini analiz ediblər.

"LRO layihəsindən öncə düşünürdük ki, Ayın səthində gözəçarpacaq dəyişikliklər üçün yüzlərlə və ya minlərlə milyon il lazımdır. Lakin əslində üst qatı təxminən 80 min il ərzində tamamilə dəyişib", - deyə kəşfin müəllifi Emerson Speyer bildirib.

Alimlər kompüterin köməyi ilə Ay səthinin 14 min şəklini müqayisə ediblər və son yeddi ildə yeni yaranmış 222 krater tapıblar.

Milli.Az


Tags:  Ayın səthi dəyişir

RƏYLƏR


Top news