88 yaşlı kişi intihar etdi

88 yaşlı kişi intihar etdi
09:57 13 Oktyabr 2016
35 Ölkə
Ölkə mətbuatı
A- A+

Bərdə rayonunda intihar hadisəsi baş verib.

Milli.Az bildirir ki, bu barədə Trend-ə Bərdə Rayon Prokurorluğundan məlumat verilib.

Məlumata görə, hadisə oktyabrın 12-də saat 13 radələrində rayonun Şirvanlı kəndində baş verib. Kənd sakini, 1928-ci il təvəllüdlü Eyvaz Cəbiyev özünü yaşadığı evin həyətindəki ağacdan asaraq intihar edib.

İntiharın hansı səbəbdən baş verdiyi hələlik məlum deyil. Faktla bağlı Bərdə Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsilə cinayət işi başlanıb, araşdırma aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/478881.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR