“Gizlənpaç”ın qala günü bəlli oldu

“Gizlənpaç”ın qala günü bəlli oldu
10:01 13 Oktyabr 2016
88 Şou
Ölkə mətbuatı
A- A+

Aktyor Müşviq Şahverdiyevin “Gizlənpaç” filminin təqdimat günü bəlli olub.

Axşam.az-ın məlumatına görə, ekran işi noyabrın 11-dən etibarən şəhərin bütün kinoteatrlarında nümayiş olunacaq.

“Çox böyük əziyyətlər çəkdik, çətinliklərlə üz-üzə gəldik, amma sonda meydana əla bir film çıxardıq. Çox iddialıyıq, gözəl filmdir” deyə, M.Şahverdiyev bildirib.

Qeyd edək ki, ekran işində M.Şahverdiyevlə yanaşı İlkin Misgərli, Zarina Qurbanova və Səməd Səfiyarov rol alıb. Romantik komediya janrında olan filmin rejissoru Elmir Süleymanovdur.


Xəbərin orijinal ünvanı: http://axsam.az/?name=xeber&news_id=59193

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR