Paytaxtda üzərində xəsarətlər olan kişi meyidi tapılıb

Paytaxtda üzərində xəsarətlər olan kişi meyidi tapılıb
10:12 13 Oktyabr 2016
51 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda üzərində xəsarətlər olan kişi meyidi tapılıb.

Milli.Az bildirir ki, bu barədə Trend-ə Suraxanı Rayon Prokurorluğundan məlumat verilib.

Məlumata görə, hadisə oktyabrın 12-də baş verib. Suraxanı rayonunun Qaraçuxur qəsəbəsində küçədən üzərində xəsarətlər olan meyit tapılıb. Aparılan araşdırmalar zamanı meyidin Məmmədov Zakir Fərrux oğlu olduğu müəyyənləşib.

Faktla bağlı Suraxanı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, ölümə səbəb olduqda) maddəsilə cinayət işi başlanıb. İstintaq orqanında cinayətin baş vermə səbəbləri araşdırılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/478874.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR