Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

ABŞ gəmisinə atəş açılıb

ABŞ gəmisinə atəş açılıb

Date: 13 October 2016 10:12

Yəmən sahillərində fəaliyyət göstərən ABŞ-ın "USS Mason" esminesi, eləcə də onu müşahidə edən desant nəqliyyat gəmisi "USS Ponce" yenidən raket atəşinə tutulub. Milli.Az modern.az-a istinadən bildirir ki, atəş Yəmənin qiyamçı husilərin nəzarəti altında olan ərazisindən açılıb.

ABŞ Müdafiə Nazirliyinin təmsilçisi Ceff Devis bildirib ki, hadisə zamanı gəmilər və şəxsi heyət xəsarət almayıb: "ABŞ gəmisi Qırmızı dənizin Yəmənə aid sahilində olarkən yaxınlaşan iki raket qeydə alınıb. Hər iki raket gəmiyə çatmamış suya düşüb. Bununla belə esminesdən müdafiə atəşi atılıb".
Məlumata görə, oxşar hadisə oktyabrın 10-da da baş verib. Onda Pentaqon cavab tədbirinin görülməsi məsələsini gözdən keçirəcəyini bəyan etmişdi.
 
Milli.Az


Tags:  ABŞ gəmisinə atəş açılıb

RƏYLƏR


Top news