"Qəmlo ilə qohumluğumuza görə daim qorxu altında yaşamışıq"

"Qəmlo ilə qohumluğumuza görə daim qorxu altında yaşamışıq"
10:23 13 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Qulaqları zəif eşitdiyindən və gözlərinin nuru azaldığından gəlişimizdən xəbər tutmamışdı. Var qüvvə ilə baltanı iri ağac kötüyünə çalır, tiyənin arxasını yerə vurub onları parçalayır, çilikləyirdi.

Köhnə kişilər qış tədarükünə ciddi yanaşırlar. Belə vaxtda onları işindən ayırmaq heç insafdan deyil. Barəsində yazmaq istəyimizə təəcüblə yanaşdı: "Axı, mən qəhrəman deyiləm".

Lətif Həsənov İmişli rayonunun Şahverdili kəndinin ən yaşlı sakinlərindən biridir. Onun həyat hekayəsi qarlı-aşırımlı yollardan, Milli dərəsindən, Vedibasar kəndlərindən, milli münaqişənin acısından, müharibənin aclığından, qazamatdan, deportasiyadan, kolxoz zülmündən, qara çərən basmış, ilan mələyən düzlərdə cənnətməkan yaratmaqdan… keçir. Qabarlı əlləri ilə quru yurdda ailəsinə ev tikib, bir çətən külfət saxlayıb. Bu sadə insanın söhbəti maraqlı, əməlləri ibrətamizdir. Axtarsaq, onun fəaliyyətində qəhrəmanlıq nümunələri də tapa bilərik…

"Qəmlo ilə qohumluq faktı daim bizi təqib edib"

Lətif Həsənov deyir k, ata babası uzun illər Vedi mahalındakı 32 kəndə ağalıq edib, igidliyinə görə "Bəla Həsən" adı ilə tanınıb. "Axırıncı aşırım" filmindəki Qəmlonun prototipi — Qəmbəralı Həsənin qız nəvəsi, deməli, həm də onun bibisi oğludur. "Mən Qəmlo öldürülən ildə doğulmuşam. Buna görə də onun barəsində bildiklərim böyüklərdən eşitdiklərimdir. Amma Qəmlo ilə qohumluq faktı zaman-zaman bizi təqib edib, qorxu altında saxlayıb", — deyir Lətif kişi. Eyni zamanda onunla fəxr ediblər: "Qürur duymuşuq. Filmdə fərqli, həm də mənfi obraz kimi təqdim edilməsinə baxmayın, müsəlman kəndlərinin daşnak hücumundan qorunmasında rəhmətliyin böyük əməyi, şücaəti olub".

Köçhaköç

Xatırlamasına görə, yaşadıqları Qarabağlar (sonralar Vedi adlandırılıb) rayonunun Hand kəndində cəmi 18 ev olub, 1939-cu ildə Şura hökuməti buranı yaşayış məntəqəsi kimi ləğv edib: "Biz Gilənar kəndinə köçdük. Fərəməz əmimgil Ellicə kəndinə, bibim oğlu Mövlanverdinin ailəsi Əziz kəndinə getdi. Beləcə qohum-qardaşın hərəsi bir tərəfə dağıldı".

Böyük Vətən Müharibəsi başlanandan az sonra Lətifin atası cəbhəyə göndərilib və Mozdok uğrunda gedən döyüşdə itkin düşüb. Bundan sonra ailələrinin ağır yükünü anası Sona xanım çəkib. Bütün çətinlik, məşəqqət və məhrumiyyətlərə baxmayaraq, bu qadın 100 ildən artıq ömür yaşayıb və 1992-ci ildə Şahverdili kəndində vəfat edib.

Sonuncu yaşayış məntəqəsinə gəlmələri isə könüllü olmayıb, onları, Vedi rayonunda yaşayan digər minlərlə azərbaycanlı ailəsi kimi, dədə-baba torpaqlarından zorla köçürüblər.

"Dörd gün bağlı yük vaqonunda yol gəldik. Çöl-biyabanda qatar dayandı, qapıları açdılar ki, "çatmısınız, düşün". Heç kəs yerə enmək istəmirdi. Düz on gün beləcə dirəniş göstərdik. Axırda zorla bizi vaqonlardan yerə tökdülər", — həmsöhbətimiz o günləri belə xatırlayır.

Adamlarla birgə kolxozun mal-qarası da bu yerlərə gətirilibmiş. Amma iqlimə uyğunlaşa bilmədiklərindən növbəti ilin yayında həmin heyvanların hamısı tələf olur. Dağ yerinin adamları yandırıcı günə, nəfəskəsən bürküyə birtəhər tab gətirərək, adam boyu verən çərənləri, tikanları təmizləyib, qamışdan, torpaq doldurmadan özlərinə ev tikir, ağac əkib kölgələnəcək yaradırlar. İllər sonra burada təşkil edilən Mirbəşir Qasımov adına və "Qələbə" kolxozları rayonun ən qabaqcıl təsərrüfatlarından birinə çevrilir.

Amma ilk vaxtlar buradakı şəraitə uyğunlaşa bilməyən 23 yaşlı gənc, ailə quran kimi baş götürüb Şəmkir rayonunun Çinarlı kəndində yaşayan əmisinin yanına gedir. Onları boş qalmış alman evlərindən birində yerləşdirir və üzümçülük sovxozunda işə götürürlər. Bir müddət sonra yaxınlarının təkidi ilə yenidən Şahverdili kəndinə qayıtmalı olurlar.

Turpla ev tikib, suçuluqla "Qaz-24" alıb

Lətif kişi deyir ki, hazırkı evini turp əkib satmaqla tikib: "Bir il turpun qiyməti baha olmuşdu. Həyətyanı təsərrüfatımı şumlayıb, turp toxumu səpdim. El köməyi ilə onu torpaqdan çıxartdıq. Düz 4 ton məhsul olmuşdu".

"Qatarla Rusiyanın Tula şəhərinə aparıb satdım. O qədər pul olmuşdu ki, ciblərə yerləşdiriləsi deyildi, içərisində turp apardığım kisəyə yığdım. Qayıdıb həmin pulla tikinti materialları aldım və bu evi tikməyə başladıq", — danışır ağsaqqal. Dediyinə görə, mərhum prezident Heydər Əliyev 4 dəfə bu kənddə olub: "Bir dəfə sahə evində kolxozçuların hamısı ilə ümumi görüş keçirdi. Dedi, "kimin nəyə ehtiyacı varsa, desin". O vaxtlar avtomobil almaq çətin idi, gərək illərlə növbə gözləyəydin. Dedim, suçu olanda nə olar, mənim də könlümdən "Qaz-24" keçir. Üstündən az vaxt ötəndən sonra "raypo"dan xəbər göndərdilər ki, "gəl, maşınını apar"".

Seyidbaba ocağının möcüzəsi

Niyyət edibmiş ki, oğlu Vilayət hərbi xidmətdən sağ-salamat qayıtsın, ailə üzvləri ilə birgə ana babasının ocağını ziyarət etsin: "Uşaq 1982-ci ilin mayında gəldi, bir ay sonra yola çıxdıq. Kotuz kəndinədək avtomobillə, qalan, təxminən 30 kilometrlik yolu isə piyada getdik. Biz gedən vaxt orada heç kəs yaşamırdı. Çay daşlarından olan hasarlar uçmuş, əyilmiş, evlər yerə çökmüşdü. Amma babamın qəbrinin ətrafı təmiz idi. Axı həmin illərdə ora tez-tez müxtəlif yerlərdən ziyarətə gələnlər olurdu".

Lətif kişi Seyidbaba ilə bağlı möcüzələrdən də danışır: "Həyətində bitən armud ağacının bir budağı evin divarından içəri keçmiş, hərəsi bir rəngdə meyvə gətirmişdi. Dağ keçiləri bu həyətə gəlir, nənəm onları sağıb südündən pendir tuturdu". Dediyinə görə, Seyidbaba və oğlu Həsən ötən əsrin əvvəllərində ortaya milli münaqişə düşən vaxtı qətlə yetirilib. Sonuncu münaqişədən sonra daha bu ocağı da ziyarət edə bilməyirlər. Qızıl və brilyant toyları da arxada qalıb… Lətif babanın 86, həyat yoldaşı Qumru xanımın isə 83 yaşı var. Onlar 63 ildir ki, birgə həyat yaşayırlar. Övladları artıq baba və nənə olublar. Amma hələ də əllərini işdən üzmək, dizlərini qatlayıb oturmaq istəmirlər. Dediklərinə görə, onları gümrah saxlayan elə iş-güc, açıq havada, təbiətin qoynunda olmaqdır. Həyətyanı təsərrüfatlarında yaxşı bağ salıblar, hər cür meyvə ağacları yetişdiriblər. Amma yaşıdları azaldıqca qəribsəməyə başlayıblar. Hələ hava soyumamış odun doğramaq da bəlkə elə yarpaq tökümünün gətirdiyi sərinliklə bağlıdır…

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

45 yaşlı qadının öd kisəsindən 200 daş çıxdı - FOTOLAR

22 İyul 2017 02:38

50 yaşlı kişinin üstünə qaynar su töküldü - Göygöldə

22 İyul 2017 02:34

Gənc fotoqrafın işləri - FOTO

22 İyul 2017 02:32

Məşhur müğənni dəfn edildi -

22 İyul 2017 02:29

Tramp amerikalıların "qanunsuz" saxlanılmasının nəticələri barədə İranı xəbərdar edib

22 İyul 2017 02:17

Yol polisi toy karvanlarına nəzarəti gücləndirdi -

22 İyul 2017 01:58

Bakıda 3 otaqlı ev yandı

22 İyul 2017 01:54

Füzulidə 100 hektar taxıl sahəsi yandı

22 İyul 2017 01:49

Hikmət Babaoğlu işçisi haqqında status paylaşdı

22 İyul 2017 01:42

Bakıda fərdi evdə yanğın baş verib

22 İyul 2017 01:38

Fələstinli İordan çayının Qərb sahilində 3 israillini qətlə yetirib

22 İyul 2017 01:37

Ştutqartda uşaq bağçası - FOTO

22 İyul 2017 01:32

Azərbaycanda milli mətbuatın 142-ci ili qeyd olunur

22 İyul 2017 01:29

Xəzərdə zəlzələ olub

22 İyul 2017 00:59

DƏHŞƏT: Göbəyi kəsilməmiş körpəni zibilliyə atdılar

22 İyul 2017 00:53

"İstanbul Başakşehir"dən daha 2 transfer

22 İyul 2017 00:47

"Allahım, sən kömək et" -

22 İyul 2017 00:47

Xəzərdə zəlzələ oldu

22 İyul 2017 00:29

Tuqay meşəsində qanunsuz silah aşkarlanıb

22 İyul 2017 00:27

"Çelsi" yeni transferini təqdim etdi -

22 İyul 2017 00:27

Avroliqada 55 metrdən FANTASTİK QOL - VİDEO

22 İyul 2017 00:17

Bu gün Milli Mətbuat Günüdür

22 İyul 2017 00:09

Astroloji proqnoz - 22 iyul

22 İyul 2017 00:08

Doğulan kimi valideynlərinin qorxub atdığı uşaq HAMINI ÇAŞBAŞ SALDI - FOTO

22 İyul 2017 00:05

Sudan daha faydalı içkilər - SİYAHI

22 İyul 2017 00:05

Günün qoroskopu: seçdiyiniz yoldan sapmayın

22 İyul 2017 00:05

Azərbaycan milli mətbuatının 142-ci ildönümü qeyd olunur

22 İyul 2017 00:02

"Schalke" futbolçulara qeyri-adi cəza kəsəcək

21 İyul 2017 23:57

İlk sürücüsüz elektroavtobusun satışlarına başlanacaq - VİDEO

21 İyul 2017 23:57

Qadının böyrəyini oğurladılar

21 İyul 2017 23:57

Öldürdü, dərisini soydu, ətindən yemək bişirdi: qadından ərinə qarşı QANDONDURAN ƏMƏL - FOTO

21 İyul 2017 23:57

Fələstindən ŞOK QƏRAR:

21 İyul 2017 23:57

Azərbaycan və Rusiya prezidentlərinin görüşü olub

21 İyul 2017 23:44

"Koutinyo satılmır, bu qərar dünən qəbul edilməyib"

21 İyul 2017 23:42

ABŞ-ın yanlış zərbəsi nəticəsində bir neçə əfqan hərbçi həlak olub

21 İyul 2017 23:37

Fələstin İsraillə bütün əlaqələri dondurub

21 İyul 2017 23:32

"Yuventus" Bonuççinin yerinə kimi gətirəcək?

21 İyul 2017 23:32

Prezident İlham Əliyev Soçidə Vladimir Putin ilə görüşüb

21 İyul 2017 23:32

Bütün qadın problemləri buradan qaynaqlanır - Dahi psixoloqun KƏŞFİ

21 İyul 2017 23:32

Prezident İlham Əliyev Soçidə Vladimir Putinlə görüşüb -

21 İyul 2017 23:29

Göyçayda “VAZ” ağaca çırpıldı - 3 yaralı

21 İyul 2017 23:24

Telefonunuzu kimlərin izlədiyini öyrənin

21 İyul 2017 23:20

3D restoranda 300 dollarlıq yemək - FOTO

21 İyul 2017 23:17

Günəş şüaları altında qaralmağın yolları

21 İyul 2017 23:17

Qüdsdə iğtişaş: 3 ölü

21 İyul 2017 23:13

Hər çiməndə kisələnməyin: dəriyə zərərdir

21 İyul 2017 23:05

Türkiyədə növbəti dəfə zəlzələ baş verib

21 İyul 2017 22:58

2 aylığında saçları ilə fenomen olmuşdu, indi isə... - FOTO

21 İyul 2017 22:57

Çaylarda son durum

21 İyul 2017 22:53

İnsanlar nə qədər plastik tullantısı yaradır? - İNANILMAZ RƏQƏM

21 İyul 2017 22:52