Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Nikol Kidmanı donu pərt etdi - FOTO

Nikol Kidmanı donu pərt etdi - FOTO

Date: 13 October 2016 10:32

Populyar aktrisa Nikol Kidman dünən Londonda "BFI London Film Festival" çərçivəsində "Lion" filminin təqdimat mərasiminə qatılmışdı.

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, əslən avstraliyalı olan, ABŞ-ın Los-Anceles şəhərində yaşayan 49 yaşlı aktrisa bu filmdə baş rolda çəkilib.

Təqdimat mərasimində N.Kidmanı hind aktyor Dev Patel müşayiət edirdi.

Aktrisa "Armani" brendinin əsəri olan, qara məxmərdən tikilmiş paltarda idi.

Geyim də aktrisanı pərt edib. Nikol Kidman qırmızı xalıda, fotokameralar qarşısında olarkən ətəyinin "öhdəsindən" gələ bilməyib və külək ətəyi qaldırıb, aktrisanın baldırları açılıb. Dev gülümsəyərək situasiyanı xilas etməyə çalışanda Nikol ətəklərini sahmana salmağa səy göstərirdi.

Nikol Kidmanın əri, avstraliyalı müğənni Kit Urbanla münasibətlərinin də normal olmadığı deyilir. Urbanın ifrat qısqanclığından bezən Nikol Kidmanın boşanma ərəfəsində olduğu da vurğulanır.

Milli.Az



































Tags:  Nikol Kidmanı donu pərt etdi FOTO

RƏYLƏR


Top news