Sərkisyanın fiaskoya uğrayan ABŞ səfəri - Putinin İrəvana İstanbuldan apardığı mesaj

Sərkisyanın fiaskoya uğrayan ABŞ səfəri - Putinin İrəvana İstanbuldan apardığı mesaj
10:37 13 Oktyabr 2016
67 Ölkə
Ölkə mətbuatı
A- A+

Putin Qırğızıstanda səfərdədir (28 Fevral 2017 13:22)

Ermənistan prezidenti Serj Sərkisyanın oktyabrın 9-da başlayan ABŞ səfəri başa çatıb. Məlumatlara görə, o, Nyu-Yorkda Ermənistan hökumətinin özünün təşkil elədiyi (!) investisiya forumunda çıxış edib. Tədbirdə məqsəd işğalçı ölkəyə Amerika, Qərb sərmayələrini cəlb eləməkdir. Əslində isə hədəf - növbəti dəfə dilənmək, Amerika ermənilərinin vasitəsilə "fitrə" yığmaqdır. İşğalçı ölkədə iqtisadiyyat varmı ki, ona kimsə sərmayə də qoysun? 

Bu və digər səbəblərdən simptomatikdir ki, Sərkisyanı bu dəfə Amerikada heç it yerinə də qoymayıblar. Milli.Az musavat.com-a istinadən bildirir ki, hətta erməni analitikləri onun səfərini uğursuz, fiasko hesab edirlər. Əlbəttə ki, fiaskodan başqa nə ola bilər, əgər onu da nəzərə alsaq ki, Ermənistan, sadəcə, Rusiyanın geridə qalmış quberniyalarından biridirsə. 

O da var ki, Sərkisyan dəridən-qabıqdan çıxsa belə, işğalçı ölkədə xarici sərmayələr üçün ideal şərtlər olsa belə, Moskva Qərb amilinin forpost ölkədə güclənməsinə imkan verməz - hər hansı şəkildə. Rusiya hətta qonşu İranın Ermənistanla iqtisadi, energetik sahədə əməkdaşlığının güclənməsinə qısqanc yanaşır, o ki ola ABŞ-ın, Avropa Birliyinin Ermənistana maliyyə-iqtisadi təsir vasitələri əldə eləməsinə.

Hər şey qırağa, ortada həll olunmamış Qarabağ ixtilafı, Azərbaycanla müharibə məsələsi var ki, Qərb investorları bu amili də görməzlikdən gələ bilməzlər. 

***     

Bu xüsusda Sərkisyanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) 14 oktyabr İrəvan toplantısı ərəfəsi və İstanbulda prezidentlərin (Putin, Ərdoğan, Əliyev) üçlü görüşü fonunda qəfil ABŞ səfəri daha çox özünətəsəlli, bir az da Rusiyaya uğursuz sürpriz, onu ABŞ-la şantaj etmək təsiri bağışlayır. O Rusiya ki, onun prezidenti Vladimir Putin sabah İrəvana gedəcək. O Putin ki, İrəvana prezidentlər Rəcəb Tayyib Ərdoğan və İlham Əliyevlə İstanbul görüşündən cəmi bir neçə gün sonra yollanır. Yəni İrəvana "əliboş" yox, müəyyən mesajlarla gedir. 

Hər necə olmasa, Rusiya liderinin uğurlu Türkiyə səfəri, İstanbulda imzalanan tarixi anlaşmalar Kremlin xarici siyasətdə Azərbaycan da daxil, türk faktoruna nə dərəcədə önəm verdiyini bir daha ortaya qoyub. Sərkisyanın ABŞ-a uğursuz reveransı ilə bu amilin Rusiya üçün əhəmiyyətini azaltmaq əlbəttə ki, mümkün deyil. 

Burdaca yada salaq ki, Ərdoğanın son Peterburq səfəri zamanı Türkiyə-Rusiya-Azərbaycan formatı barədə irəli sürdüyü təklif öz aktuallığını itirməyib. Yeri gəlmişkən, Putinin İstanbul səfəri Türkiyə-Rusiya əlaqələrinin gözlənildiyindən də sürətlə inkişaf etdiyini, Ankara və Moskvanın əksər məsələlərdə anlaşma içində olduğunu nümayiş etdirdi. İki supergücün yaxınlaşması və anlaşma içində olması isə erməniləri həmişə narahat edib - xüsusən də Qarabağ məsələsinə görə.

Odur ki, İrəvana, faktiki, İstanbul görüşlərinin təsiri altında yollanacaq Vladimir Putinin Ermənistan rəhbərliyinə bəzi çatdırışlarının olacağı istisna deyil. Bu mesajların konkret nədən ibarət olacağı dəqiq bilinmir. Yəqin ki, çatdırışlar bağlı qapılar arxasında ediləcək. Ehtimal ki, əsas mesaj bu olacaq ki, Ermənistan özünün iqtisadi-siyasi xilasını, xoşbəxtliyini okeanın o tayında yox, burada - regionda axtarsın, ora-bura boylanmasın.

*** 
Ermənistan isə ara-sıra öz dəyərini Rusiya qarşısında qaldırmaq üçün ara-sıra belə gedişlər edir, "iki stul"da oturmağa çalışır. Təzəlikcə İrəvanın Avropa Birliyi ilə yeni əməkdaşlıq sənədi imzalamaq niyyətinə düşməsi də eyni qəbildən manevrlərdir. Təbii ki, Moskva buna heç vaxt imkan verməz. Bunu İrəvanda da yaxşı bilirlər. 

Amma qarşılığında İrəvanın Rusiyadan yenə nəsə qoparmaq istəyi istisna deyil - hərçənd, Moskva erməniləri artıqlaması ilə öz yaxşılığını edib və edir: Dağlıq Qarabağı, digər Azərbaycan ərazilərini işğalda saxlamaqda kömək edir, Ermənistanın iqtisadi cəhətdən ayaqda durmasını, əhalisinin acından ölməməsini təmin edir, onun Türkiyə və İranla sərhədlərini qoruyur, güzəştli qiymətlərə, bəzən isə havayı silahlar verməklə ordusunun Azərbaycan silahlı qüvvələrindən geri qalmamasına çalışır, bütövlükdə Ermənistan adlı saxta dövlətin mövcudluğunun əsas qarantı rolunda çıxış edir. Başqa hansı yaxşılıq olmalıdır ki, ermənilər naşükürlük eləməsinlər?..

***

Doğrudur, İstanbulda Qarabağ mövzusu diqqətdə olmayıb. Ancaq istisna deyil ki, qapalı təmaslar zamanı bu mövzuya da toxunulub. Dağlıq Qarabağ məsələsi diqqət mərkəzində olmasa belə, yuxarıda vurğulandığı kimi, İstanbul görüşlərində türk amilinin Rusiya üçün önəmi bir daha qabarıq şəkildə üzə çıxıb ki, bu da xırda məsələ deyil. Cırtdan Ermənistan üçünsə böyük və ciddi məsələdir. Eyni zamanda mesajdır.

Yaxşı olar ki, Kreml başçısının bir mesajı da Ermənistanı Qarabağ məsələsində ağıllandırmaqla bağlı olaydı. Elə bir mesaj ki, müharibədən qaçmaq üçün İrəvanı konstruktiv mövqe tutmağa vadar eləsin. Hər halda, böyük müharibə Kremlə sərf eləmir. Ən azından ona görə ki, inkişafda olan Ankara-Moskva münasibətləri, on milyardlarla dollarla ölçülən böyük iqtisadi-enerji layihələri o zaman böyük risk altına düşə bilər. 

Milli.Az

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün

II Buktreyler Festivalının mükafatlandırma mərasimi: Qaliblər elan edildi

24 Aprel 2017 15:42

Saxta pul əsginaslarının satışı ilə məşğul olanlar tutuldu - FOTO

24 Aprel 2017 15:38

"Ayaz Mütəllibovu həbsdən şəxsən mən xilas etmişəm..."

24 Aprel 2017 15:37

Azərbaycanda aktrisanı diri-diri basdırdılar - FOTO

24 Aprel 2017 15:37

Xalq artisti dəfn olundu

24 Aprel 2017 15:36

Yeni qurğu “kosmik zibil”in təmizlənməsi ilə məşğul olacaq

24 Aprel 2017 15:35

Bir zamanlar podiumda meydan sulayırdı, indi qoyun otarır

24 Aprel 2017 15:34

Miqrantları aparan qayıq batdı

24 Aprel 2017 15:32

Ramazan ayı bu tarixdən başlayır

24 Aprel 2017 15:28

Dünyanın ən təhlükəli və təhlükəsiz şəhərləri - SİYAHI

24 Aprel 2017 15:27

Azərbaycanlı alimin kitabı BMT kitabxanasında - FOTO

24 Aprel 2017 15:27

Hollandiyada azərbaycanlılar arasında DAVA: Surət Hüseynovun keçmiş cangüdəni bıçaqlandı - VİDEO

24 Aprel 2017 15:23

Sevgilisini yuxuda gördü, məzarını açdırdı

24 Aprel 2017 15:22

Bakıda həqiqi puldan seçilməyən saxta pul kəsiblər - GÖRÜNTÜLƏR

24 Aprel 2017 15:19

Azərbaycan kinosunda 18+ görüntülər

24 Aprel 2017 15:18

"Suriyaya səfərim yanlış addım idi" - AŞ PA sədri

24 Aprel 2017 15:17

ABŞ müdafiə naziri gözlənilmədən Əfqanıstana getdi

24 Aprel 2017 15:17

Fətullah Gülən 100 ildən çox yaşamaq üçün illərdir bunu edirmiş - MİLYONLUQ PROSES - ŞOK TƏFƏRRÜAT

24 Aprel 2017 15:14

Sünnət toylarının keçirilməsi qadağan ediləcək?

24 Aprel 2017 15:14

Nərgiz və Cavidin romantik rəqsi - FOTO

24 Aprel 2017 15:12

7 nəvənin nənəsi ilə, özündən 24 yaş böyük qadınla evlənmiş siyasətçi - Makron - FOTO

24 Aprel 2017 15:12

AŞPA-da QALMAQAL: deputatlar sədri zaldan qovdular

24 Aprel 2017 15:09

Biləsuvar sakininin 6 baş heyvanı oğurlandı

24 Aprel 2017 15:06

Lüks villa qiymətinə gəlinlik paltarı göstərildi - FOTO

24 Aprel 2017 15:05

Ərdoğan onu öldürməyə çağıran fransızdan prokurorluğa şikayət etdi

24 Aprel 2017 15:03

Nikolas Maduro geri addım atdı

24 Aprel 2017 14:59

Berlin üçün yeni döyüş: Şoyqu Moskva ətrafında Reyxstaxı necə “aldı” - FOTOLAR

24 Aprel 2017 14:53

Kim Kardaşyanın bacısı şəkilləri ilə olay yaratdı - FOTOLENT

24 Aprel 2017 14:49

Devid Bekhem mükafatlandırıldı

24 Aprel 2017 14:47

Ən qəribə müalicə metodları

24 Aprel 2017 14:46

SIPRI dünya nəhənglərini açıqladı - Kimlər silaha daha çox xərcləyir?

24 Aprel 2017 14:43

"İnter" rəhbərliyi baş məşqçini fikrindən döndərə bildi

24 Aprel 2017 14:42

"Print Screen" nədir?

24 Aprel 2017 14:41

Acun avtomobilə 2 milyon xərclədi - FOTO

24 Aprel 2017 14:37

İnsan saçından min dəfə nazik karbon borucuq yaradılıb

24 Aprel 2017 14:35

ABŞ-ın hədəfə dəyməyən raketlərində Rusiya BARMAĞI - Ekspertdən ŞOK İDDİA

24 Aprel 2017 14:33

"Dedi ya pulu gətir, ya da arvadını" - Facebook-da cinayət mesajı

24 Aprel 2017 14:32

"Forza Neftçi"dən boykot qərarı

24 Aprel 2017 14:32

Bakıda bəzi avtomobillərin hərəkəti məhdudlaşdırldı

24 Aprel 2017 14:32

Rza Zərrab üçün mühüm gün - Ebru onu tək buraxdı

24 Aprel 2017 14:27

Şirindən yeni qəzəl

24 Aprel 2017 14:26

"Yeni Üfüq"də ictimai fəal xanımlarla görüş keçirilib

24 Aprel 2017 14:24

Cəsarətli pozalar verən 54 yaşlı sənətçi: “Heç olmasa elə çəkin ki…”

24 Aprel 2017 14:23

Münsiflərdən "çoban"a cavab: "Finala qədər gələ bilərdi"

24 Aprel 2017 14:22

Modelləri künc-bucağa sıxışdıran MƏŞHUR – FOTOLAR

24 Aprel 2017 14:18

3 uşaq anası polisliyi atdı - Striptiz klubda işləyir - FOTO

24 Aprel 2017 14:17

Azərbaycanlı müğənni Rusiyadan deportasiya edildi

24 Aprel 2017 14:17

Tarixdə bu gün nələr baş verib?

24 Aprel 2017 14:16

Afaq yenə soyundu - YENİ FOTOLAR

24 Aprel 2017 14:14

Aprel döyüşlərində yaralanmış hərbçilər protezlə təmin olunub

24 Aprel 2017 14:13