Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

"Futbolumuz Ramil Şeydayev kimi perspektivli hücumçunu itirdi"

"Futbolumuz Ramil Şeydayev kimi perspektivli hücumçunu itirdi"

Date: 13 October 2016 11:05

Rusiyanın 21 yaşadək futbolçulardan ibarət milli komandasının sabiq baş məşqçisi Dmitri Xomuxa keçmiş yetirməsi Ramil Şeydayevin Azərbaycan yığmasında çıxış etməsinə münasibət bildirib.

Milli.Az Report-a istinadən xəbər verir ki, 47 yaşlı mütəxəssis "Russian Today"ə müsahibəsində bu xəbərdən çox məyus olduğunu bildirib. Onun fikrincə, Rusiya futbolu perspektivli hücumçusunu itirib: "Ramilin belə qərar verməsinin səbəbini demək çətindir. Valideynlərindən soruşmaq lazımdır. Şeydayevin Azərbaycan pasportu almasına dair söz-söhbətlər onun hələ Rusiyanın yeniyetmələrdən ibarət yığmasında çıxış etməyə başladığı vaxtdan gedirdi. Amma hər hansı razılığın olduğuna dair əsas da yox idi. Ramil məhz Rusiyanı təmsil etmək istədiyini aydın şəkildə demişdi".

Xomuxa Rusiya yığmasından komandanın Avropa çempionatının seçmə mərhələsindəki uğursuz çıxışı səbəbindən kənarlaşdırılıb. Bu komanda rəqiblərindən Azərbaycan millisinə Bakıda böyük hesabla uduzub - 0:3. Yeri gəlmişkən, həmin görüşdə Şeydayev qonşu ölkə komandasının heyətində çıxış edib. Təcrübəli mütəxəssis onu əvəzləyən Nikolay Pisarevin dövründə də Rusiyanın ciddi dəyişikliyə nail olmadığını bildirib: "Baş məşqçi dəyişikliyindən sonra nə dəyişib? Bəlkə, Azərbaycanı, Finlandiyanı udublar? Xeyr! Heç bir kardinal dəyişiklik gerçəkləşməyib".

Qeyd edək ki, Rusiya yığması Nikolay Pisarevin rəhbərliyi dövründə öz meydanında Azərbaycanla 2:2, Finlandiya ilə 1:1 hesablı heç-heçə edib.      

Milli.Az


Tags:  Futbolumuz Ramil Şeydayev perspektivli hücumçunu itirdi

RƏYLƏR


Top news