Füzulidə avtomobil yolu inşa edilir

Füzulidə avtomobil yolu inşa edilir
11:07 13 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 13 oktyabr. REPORT.AZ/ “Azəravtoyol” ASC tərəfindən Füzuli rayonunun Birinci və On birinci Qayıdış qəsəbələrarası avtomobil yolu inşa edilir. ASC-nin Mətbuat Katibliyindən “Report”a verilən xəbərə görə, iki hərəkət zolaqlı olmaqla inşa edilən yolun uzunluğu 23 km-dir.
Yol 3-cü texniki dərəcəyə uyğun olaraq yenidən qurulur. Qəsəbələrdən keçən hissələrdə yolun hərəkət hissəsi 6 metr, digər ərazilərdə isə 7 metrdir. Layihə çərçivəsində hər bir istiqamət üzrə 2,5 metr enində çiyinlər də daxil olmaqla yolı yatağının eni 12 metr təşkil edir.
Artıq sözügedən avtomobil yolunun14 km-lik hissəsində tikinti işləri tam olaraq yekunlaşdırılıb. Hazırda qalan 9 km-lik hissədə torpaq və asfaltlanma işləri aparılır, qum-çınqıl və optimal qırmadaş qarışıqlarından ibarət yol geyiminin əsasının tikintisi, yola ikiqat olmaqla yeni asfalt-beton örtüyünün döşənməsi işləri həyata keçirilir. Yolun hazır olan 14 km-lik hissəsində 98 min kv.m ərazi asfaltlanıb, tikintisi davam edən 9 km-lik hissədə isə daha 63 min kv.m ərazinin asfaltlanması işləri aparılacaq.
Layihə çərçivəsində 15 yerdə su keçidlərinin və su borularının tikintisi işləri aparılıb. Bundan başqa, yolun 5-ci km-də, Mil kanalı üzərində avtomobil körpüsü əsaslı şəkildə bərpa edilir. Sözügedən körpü biraşırımlı olmaqla uzunluğu 18 metrdir, hərəkət hissəsi 9 metr, 1,5 metr enində səkilər də daxil ümumi eni 12 metrtəşkil edir. Yolda tikinti işləri yekunlaşdırıldıqdan sonra zəruri olan yerlərdə yol nişanlarının quraşdırılması və yola üfiqi nişanlama xətlərinin çəkilişi işləri aparılacaq.
Qeyd edək ki, avtomobil yolunun tikintisi 12 mindən çox əhalinin yaşadığı 11 yaşayış məntəqəsini birləşdirərək yük və sərnişin daşımasını xeyli yaxşılaşdıracaq.







Xəbərin orijinal ünvanı: http://report.az/i-nfrastruktur/fuzulide-avtomobil-yolu-insa-edilir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR