"Tramp döşlərimə toxunub, əlini ətəyimin altına saldı..." - ŞOK SÖZLƏR

"Tramp döşlərimə toxunub, əlini ətəyimin altına saldı..." - ŞOK SÖZLƏR
11:24 13 Oktyabr 2016
121 Digər
Ölkə mətbuatı
A- A+

 

ABŞ prezidentliyinə namizəd, respublikaçı Donald Trampın cinsi istismara məruz qoyduğu qadınlar ”NewYork Times” qəzetinə danışıb. 

 

Lent.az-ın xarici mətbuata istinadən məlumatına görə, qəzetin bugünkü nüsxəsində Trampın istismarına məruz qaldıqları deyilən qadınların açıqlamalarına yer verilibb.

 

Manhattanlı Cesika Lids 38 yaşındaykən Nyu-Yorka uçuş zamanı təyyarədə Trampla yan-yana oturduğunu və Trampın ona əl-qol atdığını deyib.   

 

İndi 74 yaşında olan Lids Trampın ibliz kimi olduğunu deyib: “Əlləri hər yerimdə idi. Təyyarə havaya qalxandan 45 dəqiqə sonra Tramp döşlərimə toxunmağa başladı, əlini ətəyimin altından içəri salmağa çalışdı”. Lids Trampa səsverməyə hazırlaşanları bir daha düşünməyə səsləyib.

 

Digər xanım isə Trampa məxsus əmlak şirkətində qəbul şöbəsində işləyən 22 yaşlı Raşel Kruksdur. 2005-ci ildə baş verən olayı danışan Kruksun dediyinə görə, Tramp lift gözləyərkən qəfildən onun dodaqlarından öpüb.

 

Kruks daha sonra Trampın ona modellik agentliyinə keçməyi təklif etdiyini də deyib.

 

Trampın rəsmi nümayəndəliyindən bildirilib ki, deyilənlər sadəcə xəyal məhsuludur və “New York Times” qəzeti buna görə hüquq qarşısında cavab verəcək.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/256407

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR