BANM-də "Gənc Robot Mühəndislər" layihəsinin təqdimatı keçirildi - FOTO

BANM-də "Gənc Robot Mühəndislər" layihəsinin təqdimatı keçirildi - FOTO
11:27 13 Oktyabr 2016
26 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı Ali Neft Məktəbində (BANM) Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun VIII qrant müsabiqəsinin qalibi, "Proseslərin avtomatlaşdırılması mühəndisliyı" ixtisasının IV kurs tələbəsi Kərim Kərimovun Azərbaycan Respublikası Gənclər Fondunun qrantı əsasında "Gənc Robot Mühəndislər" layihəsinin təqdimatı keçirildi.

BANM-in rektoru Elmar Qasımov tədbiri giriş sözü ilə açaraq layihə iştirakçılarını salamladı və "Robototexnika"nın Azərbaycanın iqtisadiyyatı üçün vacib bir istiqamət olduğunu bildirdi.

BANM-dan Milli.Az-a verilən məlumata görə, sonra NASA-da çalışmış məşhur azərbaycanlı gənc alim Teymur Sadıxov layihə iştirakçıları qarşısında məruzə ilə çıxış etdi.

Qeyd edək ki, layihə çərçivəsində Bakı şəhərində müxtəlif universitetlərdə təhsil alan I və II kurs tələbələri arasından seçilmiş 20 iştirakçıya (hər bir komandada 4 nəfər olmaq şərti ilə 5 komanda) "Robototexnika"nın nəzəri və təcrübi istiqamətləri barədə əyani metodiki vəsaitlərlə 5 günlük seminar keçiriləcək və seminarların son günündə komandalar arasında yarış təşkil olunacaq. Yarışda komandalara müxtəlif hissələrdən robot hazırlanması tələbi qoyulacaq və ilk yer tutan komanda üzvlərinə metodiki elektronik hissələrdən ibarət hədiyyə paketi veriləcək. Onlar gələcəkdə həmin avadanlıqdan istifadə edərək öz biliklərini mütəmadi tətbiq etmək imkanı qazanacaqlar.

Milli.Az



Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/478910.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR