Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

“Qaz təchizatı haqqında”, “Elektronika haqqında” və “Su təchizatı haqqında” qanunlara dəyişiklik edilir

“Qaz təchizatı haqqında”, “Elektronika haqqında” və “Su təchizatı haqqında” qanunlara dəyişiklik edilir

RTVE-nin internet portalında Diana Hacıyeva haqqında məlumat yerləşdirib (22 Mart 2017 08:57)
Prezident əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair sərəncam imzalayıb (17 Mart 2017 18:18)
"Azərsu"ya 14 milyon manat ayrıldı (17 Mart 2017 18:14)

Tarix: 13 Oktyabr 2016 11:27

Bakı. 13 oktyabr. REPORT.AZ/ Dini ekstremizim əleyhinə xüsusi əməliyyat aparıldıqda, həmin əməliyyatın aparılma zonasında, dini ekstremizm əleyhinə xüsusi əməliyyat aparan orqanın göstərişi əsasında qazın, işığın, suyun verilməsi dayandırıla, rabitə xidmətləri məhdudlaşdırıla bilər.
“Report”un xəbərinə görə, bununla bağlı Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin və İctimai birliklər və dini qurumlar komitəsinin bu gün keçirilən birgə iclasında “Qaz təchizatı haqqında”, “Elektronika haqqında”, “Su təchizatı haqqında”, Telekommunikasiya haqqında” qanunlarına dəyişiklik layihələri müzakirə çıxarılıb.
Dəyişiklik layihəsinə əsasən, dini ekstremizim əleyhinə xüsusi əməliyyat aparıldıqda, həmin əməliyyatın aparılma zonasında, dini ekstremizm əleyhinə xüsusi əməliyyat aparan orqanın göstərişi əsasında məhkəmə qərarı ilə qazın, işığın, suyun verilməsi dayandırıla, rabitə xidmətləri məhdudlaşdırıla bilər.
Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Teqlər:  Qaz təchizatı haqqında Elektronika haqqında Su təchizatı haqqında qanunlara dəyişiklik edilir



RƏYLƏR


Top xəbərlər