Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Əllərini bədənimin hər yerinə toxundururdu" - Trampın adı təcavüz qalmaqalında - FOTO

"Əllərini bədənimin hər yerinə toxundururdu" - Trampın adı təcavüz qalmaqalında - FOTO

Date: 13 October 2016 11:37

ABŞ-da Respublikaçılar Partiyasından prezidentliyə namizəd olan Donald Trampla bağlı daha bir sensasion məlumat yayılıb.

Milli.Az azvision.az-a istinadən bildirir ki, məlumatda Trampın qadınlara cinsi təcavüz etdiyi iddia edilir.

45 yaşlı Lids adlı xanım 38 yaşında olarkən Tramp tərəfindən təyyarədə təcavüzə məruz qaldığını söyləyib: "O, səkkizayaqlı ilbiz kimi idi. Əllərini bədənimin hər yerinə toxundururdu. Bu, mənə qarşı hücum idi".

Lidsin sözlərinə görə, təyyarə havaya qalxdıqdan 45 dəqiqə sonra Tramp onun sinə nahiyəsinə toxunub və əlini onun ətəyinin altına keçirməyə çalışıb. 

Əmlak şirkətində resepşnda çalışan 22 yaşlı Reyçel Kroks da Trampın təcavüzünə məruz qaldığını iddia edib. Onun sözlərinə görə, prezidentliyə namizəd liftdə gözlənilmədən onun dodağından öpüb. 

Hadisənin 2005-ci ilində baş verdiyini deyən Kroks buna görə çox üzüldüyünü söyləyib.

Trampın vəkilləri iddiaların yalan olduğunu, qadınların məhkəməyə veriləcəyini açıqlayıb.

Milli.Az



Tags:  Əllərini bədənimin hər yerinə toxundururdu Trampın adı təcavüz qalmaqalında FOTO

RƏYLƏR


Top news