Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

"Mənim ideyamı Ledi Qaqa gerçəkləşdirdi" - Elza Seyidcahan

"Mənim ideyamı Ledi Qaqa gerçəkləşdirdi" -  Elza Seyidcahan

Elza Seyidcahandan yeni şeir: "Verdi.. Basdı... Çaldı..." (24 Mart 2017 15:28)
"Bu il 7 dəfə tonqaldan tullanmışam" - Elza Seyidcahan (19 Mart 2017 20:22)
Elza Röyanın sirrini açdı (19 Mart 2017 02:07)

Tarix: 13 Oktyabr 2016 11:51

"Dünya ulduzları atdıqları hər addımdan pul qazanırlar. Mən layihələrimə, obrazlarıma nə qədər pul xərcləyirəm. Üstəlik ibrətamiz işlər görür, insanları ətraf mühiti, heyvanları qorumağa səsləyirəm”.

Bu sözləri Axşam.az-a açıqlamasında əməkdar artist Elza Seyidcahan deyib.

O bildirib ki, bundan sonra dünya ulduzları kimi layihələrindən pul qazanmağa çalışacaq:

“Ledi Qaqanın gəlincikləri hazırlanıb, 29 dollara satışa çıxarılıb. Halbuki bu mənim ideyam idi. Ötən il gəlincik obrazı yaradanda, belə ideya irəli sürmüşdüm. Mənim obrazım üzərində Leyla Əhmədova çalışmışdı. Demişdim ki, dünyada məşhur olan Barbi kimi “Elza gəlincikləri” hazırlatdıracağam. Mən edənə kimi, Ledi Qaqa ideyamı gerçəkləşdirdi. Arzulayıram ki, mənim də belə böyük layihələrim olsun və ondan çoxlu pul qazanım".




Teqlər:  Mənim ideyamı Ledi Qaqa gerçəkləşdirdi Elza Seyidcahan



RƏYLƏR


Top xəbərlər