Xüsusi əməliyyatda yol hərəkətində məhdudlaşdırma

Xüsusi əməliyyatda yol hərəkətində məhdudlaşdırma
11:52 13 Oktyabr 2016
28 Ölkə
Ölkə mətbuatı
A- A+

Dini ekstremizm əleyhinə xüsusi əməliyyat aparan orqana yol hərəkətini müvəqqəti məhdudlaşdırılmaq və ya qadağan etmək səlahiyyəti verilir.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin və İctimai birliklər və dini qurumlar komitəsinin bu gün keçirilən birgə iclasında "Yol hərəkəti haqqında" qanuna dəyişiklikdə öz əksini tapıb.

Dəyişiklik layihəsinə əsasən, dini ekstremizm əleyhinə xüsusi əməliyyat aparılırsa, orada əməliyyatı aparanlara yol hərəkətini müvəqqəti məhdudlaşdırmaq və ya qadağan etmək səlahiyyəti verilir.

Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/478924.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR