Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

BANM-də “Gənc Robot Mühəndislər” layihəsinin təqdimatı keçirilib

BANM-də “Gənc Robot Mühəndislər” layihəsinin təqdimatı keçirilib

Çində ilk robot polis vağzalda "çalışacaq" (21 Fevral 2017 07:22)
Çində ilk robot polis vağzalda təhlükəsizliyə nəzarət edəcək (18 Fevral 2017 12:35)
"İkinci güllə" qısametrajlı filminin təqdimatı keçirilib (17 Fevral 2017 20:12)

Tarix: 13 Oktyabr 2016 11:57

Bakı. 13 oktyabr. REPORT.AZ/ Bakı Ali Neft Məktəbində (BANM) Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun VIII qrant müsabiqəsinin qalibi, “Proseslərin avtomatlaşdırılması mühəndisliyı” ixtisasının IV kurs tələbəsi Kərim Kərimovun Azərbaycan Respublikası Gənclər Fondunun qrantı əsasında “Gənc Robot Mühəndislər” layihəsinin təqdimatı keçirilib.
BANM-nin İctimaiyyətlə əlaqələr şöbəsindən "Report"a verilən məlumata görə, Məktəbin rektoru Elmar Qasımov tədbiri giriş sözü ilə açaraq “Robototexnika”nın Azərbaycanın iqtisadiyyatı üçün vacib bir istiqamət olduğunu bildirib.
Sonra NASA-da çalışmış məşhur Azərbaycanlı gənc alim Teymur Sadıxov layihə iştirakçıları qarşısında məruzə ilə çıxış edib.
Qeyd edək ki layihə çərçivəsində Bakı şəhərində müxtəlif universitetlərdə təhsil alan I və II kurs tələbələri arasından seçilən 20 iştirakçıya (hər bir komandada 4 nəfər olmaq şərti ilə 5 komanda) “Robototexnika”nın nəzəri və təcrübi istiqamətləri barədə əyani metodiki vəsaitlərlə 5 günlük seminar keçiriləcək və seminarların son günündə komandalar arasında yarışma təşkil olunacaq. Yarışmada komandalara müxtəlif hissələrdən robot hazırlanması tələbi qoyulacaq və ilk yer tutan komanda üzvlərinə metodiki elektronik hissələrdən ibarət hədiyyə paketi veriləcək. Onlar gələcəkdə həmin avadanlıqdan istifadə edərək öz biliklərini mütəmadi tətbiq etmək imkanı qazanacaqlar.



Teqlər:  BANM-də Gənc Robot Mühəndislər layihəsinin təqdimatı keçirilib



RƏYLƏR


Top xəbərlər