Bakı-Gəncə sürətli dəmir yolunun tikintisi nə vaxt başa çatacaq?

Bakı-Gəncə sürətli dəmir yolunun tikintisi nə vaxt başa çatacaq?
11:57 13 Oktyabr 2016
64 Ölkə
Ölkə mətbuatı
A- A+

"Azərbaycan Dəmir Yolları" QSC 2016-cı ilin əvvəlindən təxminən 200 kilometr dəmir yolu tikib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu jurnalistlərə "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov deyib.

Onun sözlərinə görə, Azərbaycan dəmir yollarının yenilənməsi və tikintisi davam edir: "2016-cı ilin əvvəlindən təxminən 200 kilometr dəmir yolu tikilib. Biz gələn ilin sonuna qədər Bakı-Gəncə sürətli dəmir yolunun tikintisini başa çatdırmağa çalışacağıq".

C.Qurbanov qeyd edib ki, həmçinin "Şimal-Cənub" nəqliyyat dəhlizi çərçivəsində Astarada dəmir yolunun 8,3 kilometrlik hissəsinin tikintisi başa çatdırılıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/478926.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR