Cavid Qurbanov: "Azərbaycandan keçən tranzit yüklərin həcmi artırılacaq"

Cavid Qurbanov: "Azərbaycandan keçən tranzit yüklərin həcmi artırılacaq"
12:07 13 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 13 oktyabr. REPORT.AZ/ Bu il ərzində Azərbaycandan keçməklə Ukrayna-Orta Asiya nəqliyyat marşrutu üzrə hərəkət edən dəmir yolu yük vaqonlarının sayı artıb. Ötən il Azərbaycandan keçən vaqonların sayı 460 idisə, bu il onların sayı 2 000 ədədi üstələyib.
"Report" xəbər verir ki, bunu "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov açıqlayıb.
"Biz ölkədən keçən tranzit yüklərin həcmini daha da artıracağıq. Hazırda yeni tranzit yüklərin axtarışları ilə məşğuluq", - deyə C.Qurbanov əlavə edib.  

Xəbərin orijinal ünvanı: http://report.az/i-nfrastruktur/cavid-qurbanov-azerbaycandan-kecen-tranzit-yuklerin-hecmi-artirilacaq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR