Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Rəsul Cəfərovun şikayəti əsasında məhkəmə başlayıb

Rəsul Cəfərovun şikayəti əsasında məhkəmə başlayıb

Date: 13 October 2016 12:07

Bakı. 13 oktyabr. REPORT.AZ/ Bu gün Bakı Apellyasiya Məhkəməsində İnsan Haqları Klubunun sədri Rəsul Cəfərovun vaxtından əvvəl məhkumluğunun üzərindən götürülməsi barədə ərizəsinin təmin edilməməsi ilə bağlı verdiyi apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.
"Report"un məlumatına görə, hakim Abid Abdinbəyovun sədrliyi ilə keçirilən prosesdə R.Cəfərov iştirak etməyib.
Hakim şikayətçinin iştirakı olmadan işin məhkəmə baxışına verilməsi barədə iclasda iştirakçılarının fikrini öyrənib.  Etiraz olmayıb və R.Cəfərovun apellyasiya şikayəti üzrə məhkəmə baxışı oktyabrın 27-nə təyin olunub.
Qeyd edək ki, İnsan Haqları Klubunun sədri Rəsul Cəfərov 2014-cü ilin avqustun 2-də həbs edilib. Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində ifadə verdikdən sonra ona qarşı Cinayət Məcəlləsinin qanunsuz sahibkarlıq, vergidən yayınma və vəzifə səlahiyyətlərini aşma maddələri ilə ittiham irəli sürülüb. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə R.Cəfərov 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. R.Cəfərov barəsində Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə) və 313-cü (sənədləri saxtalaşdırma) maddələri ilə ittiham olunub. Bakı Apellyasiya Məhkəməsində R.Cəfərovun ittiham olunduğu Cinayət Məcəlləsinin 213-cü (vergidən yayınma) maddəsi üzrə cinayət tərkibinə xitam verilib. Onun cəzasından 3 ay çıxılıb və barəsində 6 il 3 ay müddətinə cəza saxlanılıb. Bundan sonra Rəsul Cəfərov Ali Məhkəməyə kasasiya şikayəti verib. Ali Məhkəmənin qərarı ilə Rəsul Cəfərovun barəsində bəraət hökmünün çıxarılması barədə şikayəti təmin edilməyib. Xatırladaq ki, R.Cəfərov Prezident İlham Əliyev bu ilin martın 17-də imzaladığı Əfv Sərəmcamı ilə azadlığa buraxılıb. R.Cəfərovun üzərindən məhkumluğunun götürülməsi barədə ərizəsi Yasamal rayon Məhkəməsi tərəfindən rədd edilib. Qərardan narazı qalan R.Cəfərov apellyasiya şikayəti verib.

Tags:  Rəsul Cəfərovun şikayəti əsasında məhkəmə başlayıb

RƏYLƏR


Top news