Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Rəsul Cəfərovun şikayəti üzrə məhkəmə keçirildi

Rəsul Cəfərovun şikayəti üzrə məhkəmə keçirildi

Date: 13 October 2016 12:09

İnsan Haqları Klubunun sədri Rəsul Cəfərovun vaxtından əvvəl məhkumluğunun üzərindən götürülməsi barədə ərizəsinin təmin edilməməsi ilə bağlı apelyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.

 

Lent.az-ın məlumatına görə, Bakı Apellyasiya Məhkəməsində hakim Abid Abdinbəyovun sədrliyi ilə keçirilən prosesdə onun şikayəti təmin edilməyib. Xatırladaq ki, Rəsul Cəfərov bir müddət öncə Yasamal rayon Məhkəməsinə üzərindən məhkumluğun götürülməsi ilə bağlı müraciət edib.

 

 

Lakin prosesdə şikayətçi qismində olan Rəsul Cəfərov iştirak etməyib. Hakim bildirib ki, şikayətçinin özü olmadan proses baxıla bilməz. Ona görə proses oktyabrın 27 -ə təyin edilib.

 

Qeyd edək ki, İnsan Haqları Klubunun sədri Rəsul Cəfərov 2014-cü ilin avqustun 2-də həbs edilib. Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində ifadə verdikdən sonra ona qarşı Cinayət Məcəlləsinin qanunsuz sahibkarlıq, vergidən yayınma və vəzifə səlahiyyətlərini aşma maddələri ilə ittiham irəli sürülüb. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Rəsul Cəfərov 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. R.Cəfərov barəsində Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə) və 313-cü (sənədləri saxtalaşdırma) maddələri ilə ittiham olunub. Bakı Apelyasiya Məhkəməsində, hakim Həsən Əhmədovun sədrliyi ilə keçirilən prosesdə Rəsul Cəfərovun ittiham olunduğu Cinayət Məcəlləsinin 213-cü (vergidən yayınma) maddəsi üzrə cinayət tərkibinə xitam verilib. Onun cəzasından 3 ay çıxılıb və barəsində 6 il 3 ay müddətinə cəza saxlanılıb. Bundan sonra Rəsul Cəfərov Ali Məhkəməyə kasasiya şikayəti verib. Ali Məhkəmənin qərarı ilə Rəsul Cəfərovun barəsində bəraət hökmünün çıxarılması barədə şikayəti təmin edilməyib. Xatırladaq ki, Rəsul Cəfərov əfv sərəmcamı ilə azadlığa buraxılıb.

 

 


Tags:  Rəsul Cəfərovun şikayəti üzrə məhkəmə keçirildi


RƏYLƏR


Top news